Cəmiyyət

Koronavirus dünyada yeni nizamın yaranmasına səbəb oldu. Həyatın bütün müstəvilərində biz bu təsiri görürük. Düşünürəm hələ uzun müddət bəşəriyyət pandemiyadan irəli gələn yaşam şərtləri ilə yaşamalı olacaq.

Mumtv.az bildirir ki,bunu Milli.Az-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov söyləyib.

O bildirib ki, insan faktoru bütün baş verənlərin fövqündə dayanır: "Pandemiya, birinci növbədə, insanlararası münasibətə, eləcədə də insanın özünə, cəmiyyətə, dünyaya baxışında yeni düşüncə tərzinin formalaşmasına gətirib çıxardı. Proses mərhələli şəkildə getdiyindən biz bunu həyatımızda kəskin sıçrayış formasında görmədik. Ancaq ətrafımızda nələrinsə dəyişdiyinin şahidi olduq. Söhbət tək sosial izolyasiyadan, xüsusi karantin rejiminin tələblərinə əməl etməkdən getmir. İstənilən qayda, şəxslərarası münasibətdə yeni davranış modelinin, yeni düşüncənin yaranmasına gətirib çıxarır. Hər bir insan da baş verənləri özünün fərdi psixoloji xüsusiyyətlərindən, dünyagörüşündən çıxış edərək dəyərləndirir. Biz özümüz də dünyanın bir parçası, fərqli mədəniyyətə, dəyər sisteminə malik olduğumuzdan bizə də bu proses fərqli formada təsir göstərib. Pandemiya zamanı biz ailədaxili münasibətlərdə, həm də cəmiyyətdə insanlararası münasibətdə, dövlət-vətəndaş münasibətində,  eləcə də dövlətlərarası münasibətdə əvvəl görmədiyimiz, yaxud da görmək istəmədiyimiz yanaşmaları gördük. Şübhəsiz ki, baş verənlər hələ uzun müddət öz təsirini göstərəcək, beləliklə də bundan sonrakı həyatımız yeni yanaşmalar əsasında qurulacaq"

Psixoloq insanları koronavirusun stressindən qorunmaq üçün yalnış informasiyalardan uzaq qalmağa səsləyib.

"Bunun stressindən qurtulmaq üçün, birinci növbədə, pandemiyanın mövcud olduğunu qəbul etmək lazımdır. Fərqli, bir-birinə zidd fikir insanlarda qeyri-müəyyənliyin yaranmasına, dolayısı ilə stress halının daha da artmasına səbəb olur. Zatən bu gün narahatçılığın böyük bir qismi pandemiya ilə bağlı fərqli fikirlərin mövcud olması, nəticədə insanlar arasında bununla bağlı konkret fikrin formalaşmamasıdr. Ona görə də əsas diqqəti rəsmi qurumların verdiyi informasiya yönəltməliyik, yanlış informasiyalardan, mənbəyi bəlli olmayan xəbərlərdən özümüzü və yaxınlarımızı qorumalıyıq.

"Əslində, bu stress daha böyük miqyasda ola bilərdi. Sadəcə, xüsusi karantin rejiminin mərhələli şəkildə tətbiq olunması, kəskin stress vəziyyətinin yaranmamasına gətirib çıxardı. Şübhəsiz ki, bu, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin iradəsi ilə baş verdi. Dövlət başçısı cənab İlham Əliyevin hər bir vətəndaşın sağlamlağı və rihaf halını əsas tutması, bu istiqamətdə verdiyi qərarlar həm fiziki, həm də psixi sağlamlığımızın az zərər görməsi ilə nəticələndi. Eyni zamanda ayrı-ayrı dövlət və özəl qurumların, fərdi sahibkarın, ictimai insanların az təminatlı ailələrə göstərdiyi maddi və mənəvi dəstək kəskin stress halının yaranmamasına gətirib çıxardı.

 

İnsanların koronavirusa qarşı qeyri-ciddi yanaşmasına münasibət bildirən psixoloq söyləyib ki, biz bunu bütün insanlara şamil edə bilmərik:

"Bu, eyni zamanda, sırf koronavirusla bağlı məsələ deyil. Bir qism insanlar var ki, onlara qaydalara əməl etmək hər zaman çətin olub. Bir qism insanlar var ki, onlar çox zaman ətrafda baş verən hadisələrə şübhə ilə yanaşıblar və s. İnsanların hamısı eyni psixologiyaya malik olmadığından hadisələrə də fərqli müstəvidən yanaşırlar. Bütün hallarda biz koronavirusla mübarizə çərçivəsində tələb olunan qaydalara əməl etməli, özümüzü və yaxınlarımızı bu bəladan qorumağa çalışmalıyıq".


Son xəbərlər

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Bütün xəbərlər