Gündəm

Sağlam gələcəyimiz naminə karantin rejiminə əməl edək:Naqif Həmzəyev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 Koronavirus pandemiyasının sərhədləri aşıb, keçdiyi ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz "düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi. Ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində respublikada pandemiya ilə mübarizə tədbirləri tam nəzarətə götürüldü.
 
"Yeni Gündəm” xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili onu da qeyd edib ki, ilk gündən atılan addımların davamlılığı ilə yanaşı karantin rejimində həyata keçirilən yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik.
 
Dünya təcrübəsindən yaxşı məlumdur ki, koronavirus yenidən özünü büruzə verən pandemiyadır. Unutmayaq ki, mövcud qaydalara riayət olunmazsa prosesin ikinci dalğası başlaya bilər. Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması, yumşaldıcı tədbirlər o demək deyil ki, vətəndaşlar əvvəlki həyat tərzlərinə geri dönməlidirlər. Koronavirus pandemiyasına qarşı mübarizədə gigiyena qaydalarına düzgün əməl olunması ən vacib tələdlərdəndir. Bir sözlə, vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar.
 
Təbii ki, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. COVID-19-un necə təhlükəli olduğunu unutmadan, bu infeksiyaya qarşı hamı birlikdə sona qədər mübarizə aparmağı özünə borc bilməlidir.
 
Prezidenti İlham Əliyev bütün çıxışlarında COVID-19 pandemiyasının uzun müddətli proses olduğunu, mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsinin vacibliyini dəfələrlə diqqətə çatdırıb: "Hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik.
 
Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq.”
Koronavirus təhlükəli bir infeksiyadır və ona dırnaqarası münasibət göstərmək olmaz. Karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial izolyasiya tədbirlərinə riayət etmək hər birimizin borcudur. Prezident İlham Əliyevin "Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır” çağırışına cavab olaraq sağlam gələcəyimiz naminə, ətrafımızdakı insanların ümumbəşəri bəlaya yoluxmamaları üçün sosial izolyasiya qaydalarına əməl edək.

Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər