Gündəm

Ölkədə silsilə qətllər: Psixoloq həyəcan təbili çaldı
 
 
 
 
 
 
 


 
 
 
 

Son vaxtlar gənclər arasında qanlı olayların, bıçaqlanma, hətta güllələnmə hadisələrinin yaşanmasına tez-tez rast gəlinir. Bu cinayətlərin bir çoxu ölümlə nəticələnir. Ekspertlər bunun təhlükəli tendensiya olduğunu və qarşısının alınması gərəkdiyini bildirirlər.

MUMTV.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan psixoloq Gülnar Orucova vurğulayıb ki, cinayət törədən və yaxud buna cəhd edən gənclər, yeniyetmələr bir çox hallarda öz gücünü, cəsarətini göstərmək, yaşıdlarına özünü sübut etmək və onların etimadını qazanmaq üçün bu addımı atır:

"Günümüzdə yeniyetmə və gənclər arasında aqressiya və təcavüzkarlığa meyillilik hallarının artdığına şahid oluruq. Bu halların artmasının əsas səbəbləri sosial şəbəkələr, televiziyalarda yayımlanan kriminal hadisələr, müxtəlif filmlər olmaqla yanaşı, məktəblərdə psixoloqların az olmasıdır. Bütün bu hallar gənclər arasında kriminal həyata marağın artmasına səbəb olur.

Əslində, bu problemlər ailə ilə bağlı olan bir məsələdir. Əvvəlki illərə nəzər salsaq görərik ki, ailədə mübahisələrin, bir-birinə qarşı zorakılıq hallarının sayı daha az idi. Bir uşaq evdə ancaq söz-söhbət, dava-dalaş görürsə, bunu böyüdükcə ətrafında olan şəxslər üzərində göstərməyə başlayır. Çünki uşaq beyni belə travmaları unutmur və illər keçdikcə bu, onda daha çox artır. Düzdür, aqressiya, əsəb, səbirsizlik hər kəsdə olan bir problemdir, lakin təəssüf ki, bu problemləri uşaqlara da ötürürük və bu da onların psixologiyasına çox ciddi təsir edir. Bütün bu sadalanan məsələlər gənclərin cinayət törətməsinə və ya buna cəhd etməsinə gətirib çıxarır”.

Psixoloq belə halların qarşısının alınması üçün xüsusi psixoloji seminarların keçirilməsinin vacib olduğunu bildirib:

"Hesab edirəm ki, orta və ali məktəblərdə gənclər arasında maarifləndirmə işləri aparmaq çox vacib məsələdir. Bunun üçün xüsusi seminarlar təşkil olunmalı, gənclərin zorakılığa meyilliliyi azaldılmalıdır. Düşünürəm ki, bu işdə valideynlərdə maraqlı olmalı və psixoloqlarla sıx əlaqə qurulmalıdır”.


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər