Gündəm

Azərbaycanda boşanmalar — Ərlə arvad seksual istəklərini bir-birinə danışa bilmirlər
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Bu ilin altı ayında qeydiyyat şöbələri tərəfindən 8257 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 7219 olub.


Psixoloq Taryel Faziloğlu Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda boşanmaların səbəbi heç də sosial-iqtisadi səbəblərlə bağlı deyil.


Onun sözlərinə görə, ölkədə ailələrin dağılmasının kökündə dayanan əsas səbəblər psixoloji amillərdir.


Psixoloq Azərbaycanda ailə modelinin tam müəyyən olunmamasına da diqqət çəkib:


"Azərbaycanda mental ailə modelindən imtina edilir. Onun yerinə isə doğru-düzgün, alternativ ailə modeli qoymamışıq. Qurulan ailələrdə mental düşüncədəki geniş ailə modeli davam edir. Ancaq Avropa ailə modeli şəklində yaşamaq istəyirik. Bu, təzaddır".


T.Faziloğlu qeyd edib ki, ailələrdə belə ziddiyyətlər fonunda ər-arvad arasında ciddi münaqişələr yaranır:


"İkincisi, ailə modelləri arasındakı boşluq insanların istəkləri ilə hiss etdikləri arasında ciddi bir uçurum yaradır. Bu uyğunsuzluq ərlə arvad arasındakı bütün mənəvi, sosial bağları alt-üst edir və onlar asanlıqla boşanmaq qərarına gəlirlər. Azərbaycanda ailə institutlarının möhkəmləndirilməsi üçün lazım olan amillərin çoxu deqradasiyaya uğrayıb".


Onun fikrincə, ailə münasibətlərinin formalaşması üçün beş mərhələ mövcuddur:


"Seksual cəzbetmə dönəmində qızla oğlan bir-birindən xoşlanırlar. Bu, sosial münasibətdir. Bu münasibət qarşılıqlı inam, güvən mərhələsini formalaşdırır. Bu mərhələ bitdikdən sonra isə nikah aktı baş verməlidir. Daha sonra isə kompromis mərhələsi gəlir. Bu mərhələ bir-birinə uyğunlaşmaqdır. Daha sonra isə məhəbbət mərhələsi gəlir".


T.Faziloğlu qeyd edib ki, Azərbaycanda güvən mərhələsi baş vermədən nikah aktı olur:


"Bir-birinə güvənmədən nikah bağlanır. Sonra isə konkret olaraq seksual doyma prosesi yaranmağa başlayır. Ailələrdə qadın və ya kişilərdən biri daha tez seksual doyma yaşayır. Yəni evləndiyi kişi və ya qadına münasibətdə əvvəlki qədər ehtiras hiss etmir. Belə olan halda isə aqressiya yaranır. Bu zaman ər və ya arvad uzaqlaşmağa başlayır.


İki tərəfdən biri münasibətdən qaçdığı zaman təbii ki, qarşı tərəfdə də qısqanclıqlar başlayır. Məsələ budur ki, ər-arvad bunu açıq şəkildə ifadə edə bilmir. Azərbaycanda bəzi tabular var ki, hələ də hökm sürür. Ərlə arvad oturub seksual istək və arzularını bir-biri ilə danışa bilmirlər. Belə olan təqdirdə, iki tərəfdən biri seksual doyma yaşadığına görə bəhanələr axtarır. Bu aqressiv reaksiya doyma yaşayan insana bəhanə verir ki, uzaqlaşsın".


Psixoloq onu da vurğulayıb ki, boşananların 90 faizi üç aydan sonra peşman olur:


"Çünki onların boşanmaq üçün ciddi səbəbləri yox idi. Sadəcə olaraq, həmin anda emosional partlayış altında qərar veriblər. Azərbaycanda ciddi maarifləndirmə işləri aparılmalıdır. Evlilik öncəsi cütlüklər psixoloji müayinələrdən keçməlidirlər. Hər biri psixoloji olaraq məlumatlandırılmalıdır".


O əlavə edib ki, hər il Azərbaycanda boşanmaların sayı əvvəlki dövrlə müqayisədə 1000 ailə artsa, gələcəkdə böyük problemlər yaranacaq:


"Bu minvalla davam etsə, yaxın beş ildə Azərbaycanda qurulan ailələrlə boşanan ailələr arasındakı fərq beşin dördə nisbətində olacaq".

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər