Gündəm

  Yeni toy modeli gəlir: - “Yeməyə yox, əyləncəyə yer verək”
 
 
 
 
 
 
 
 
 
Milli Məclisin ötən gün baş tutan iclasında millət vəkili Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahı tənqid edib. O, idman zallarının açılması və toyların keçirilməsi ilə bağlı qərarların olmamasından şikayətlənib.

Deputat qeyd edib ki, idman zalları açılmalı, toy mərasimləri isə tənzimləmələrlə keçirilməlidir."Biz burada məsələ qaldırırıq, heç kim reaksiya vermir, maraqlanmır. Bu nə deməkdir? Niyə maraqlanmırlar ki, xalq necə yaşayır? Bu gün ölkədə ciddi demoqrafik problemlər də mövcuddur”, - deyə F.Mustafa söyləyib.

Doğrudan da, nəzərə almaq lazımdır ki, bu və ya digər səbəbdən gənclərin ailə həyatı qura bilməməsi gələcəkdə ciddi demoqrafik böhrana səbəb ola bilər. Deməli, hansı yollasa həm də gələcəyimizin qayğısına qalmalıyıq.

Sosioloq Əhməd Qəşəmoğlu həmin yolun nə olduğunu "Sherg.az”a izah etdi:

"Həmişə demişəm ki, son 15-20 ildə keçirilən toylar çox böyük sosial bəladır. Nə yaxşı ki, canımız qurtardı. Bəzən bir adama eyni ayda 4-5 dəvətnama göndərilməsi, şadlıq saraylarındakı masalar 50 növ təamın düzülməsi, iştirakçıların bir-birilərinin "borcundan çıxması” və s. gülüncdür.

Bu, eybəcərlikdir. Əvvəllərsə belə deyildi.

Toylar adətən açıq havada, həyət evlərində olmalıdır. Yenə belə olmalıdır. Birincisi, yeməyə yox, əyləncəyə fikir vermək lazımdır. Belə olan halda həm də "pul salmaq” adəti tədricən unudulacaq.

İkinci bir tərəfdən isə məclisdə, az qala, hamının iştirak etməyinə rəğmən, sıxlıq yaranmayacaq. İnsanlar istədikləri vaxt gələcək, istədikləri vaxt gedəcək.

Yəni hamının- həm valideynlərin, həm cütlüklərin, həm qonaqların, həm də musiqiçilərin maraqları təmin olunacaq. Mənim təklif etdiyim model budur. Toyların tamamailə unudulmasının əleyhinəyəm.

Kim istəyər ki, sadəcə nikahla kifayətlənsin? Əlbəttə, özəl gününün yaddaqalan olması hər kəsin arzusudur. Təklif etdiyim modellə işləsək, toyların maraqlı keçirilməsi ilə yanaşı, eyni zamanda virusa yoluxmamağa, özümüzü qorumağa nail olacağıq”. 
\\dia.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər