Gündəm


"Çoxuşaqlı, külfəti olan ailələr var, bayram günüdür, onların yeməyi-içməyi var. Qapanmaqla nə dəyişəcək? Bu insanlar nəylə dolansınlar?”

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Rövşanə Ağasəfqızı karantinin sərtləşəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Aparıcı belə olan halda, insanların əziyyət çəkəcəyini bildirib:

"Bir neçə dəfə karantinin sərtləşməsi prosesini yaşadıq. Yoluxma sayında rəqəmlər düşdü. Bu yaxşı hal idi, amma bir neçə aydan sonra rəqəmlərdə yenidən artımın şahidi olduq. Görünən odur ki, virusla mübarizədə karantinin sərtləşməsi müsbət nəticə verir. Amma ki, iqtisadi baxımdan insanlara ciddi ziyan dəyir. Çünki fəhlələr, günəmuzd işləyənlər, salonlarda, iaşə xidmətlərində çalışanlar var ki, onlar maaş almırlar. Bir yandan deyirik ki, virusla mübarizədə gigiyenik qaydalara riayət etməklə bərabər, həm də immunitet yüksək olmalıdır. İmmunitetin yüksək olması da həm də qidalanma faktoruna bağlıdır. Bunun üçün işləyib pul qazanmaq, yaxşı bazarlıq etmək, iqtisadi cəhətdən normal yaşamaq lazımdır. Vaksinlənmə prosesi başlayıb, ümid edirəm ki, yoluxma sayı getdikcə azalacaq. Buna ümid edirik. Görünən budur ki, rəqəmlərdə artım var. Hesab edirəm ki, karantinin sərtləşməsi rəqəmlərdə qısamüddətli azalmaya səbəb olacaq. Amma bayram günlərində evəqapanma, ictimai nəqliyyatın işləməməsi insanlarda stress faktorunu yüksəldir. Yaz gəlir, insanlar təbiət qoynuna çıxmalıdır. Bu şəkildə bağlanma, bu şəkildə qapanma insanlarda əsəb gərginliyi, psixoloji problemlər yaradır, belə olmaz. Bunu düzgün hesab etmirəm. Sərtləşmə onları stressə salacaq. Tibbi qaydalara əməl olunsun, maska taxılsın, məsafə saxlanılsın. Evə qapanırsan, işıq, qaz, su pulu gəlir, bir gün gecikdirəndə qazsız, işıqsız qalırsan. Bütün bunlar pul-para istəyir. Onlayn işləməyən, günəmuzd işləyən, amma gündəlik qazancı kəsilən insan neyləməlidir? Həkim deyiləm, amma mənə belə gəlir ki, kütləvi şəkildə virusa yoluxma olacaq və hamıda immunitet yaranacaq, o halda virusa qalib gələcəyik”.
 

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər