Cəmiyyət

Azərbaycan həkimləri İctimai Birliyi CoVİD-19 panemiyası ilə mübarizədə bəzi qadağaların ləğvinə çağırış edib.

Mumtv.az bildirir ki, çağırışın müddəalarını azərbaycanlı professor Adil Qeybulla təqdim edib:

"Respublikamızda COVİD-19 pandemiyası ilə bağlı sərt karantin rejimi elan olduğu gündən görülən izolyasiya tədbirləri, zamanında modul tipli xəstəxanaların açılması və istifadəyə verilməsi virusun ölkəmizdə yayılmasının qarşısını ala bildi. Lakin hesab edirik ki, 5 aylıq karantindən insanlar yorulublar və hazırda ciddi yumşalmaya ehtiyac var. İqtisadiyyatımızın itkiləri, "evdə qal" karantinin insanların psixi-emosional durumuna vurduğu zərbə və nəticədə əhalinin immun sisteminin xeyli zəifləməsini nəzərə alsaq, situasiya bu şəkildə davam edərsə, ikinci dalğa baş verdikdə itkilərimiz daha böyük ola bilər. Bu məqsədlə, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik.

1. Testlərin qiymətləri xeyli aşağı salınmalı, onların əlçatanlığı təmin edilməli və hər bir vətəndaşın özünü yoxlatmaq imkanı olmalıdır. Bu testi icra edən mərkəzlərin sayının artırılmasının təmin edilməsi məqsədəuyğundur. Bu, həm xəstələrin vaxtında aşkar olunmasına imkan verməklə bərabər, populyasiyada xəstələrin dəqiq sayını, kollektiv immunitetin yaranma faizini müəyyən etməyə və əks-epidemik tədbirlərə dəstək olmağa kömək edər.

2. Bakıdakı sıxlığı azaltmaq, insanların istirahət hüququnu qorumaq məqsədilə hərarət ölçülərək, rayonlara (regionlara) gediş-gəlişə icazə verilməsi məqsədəuyğundur. Qonşu Gürcüstanda, Türkiyədə istirahət mərkəzləri işlədiyi halda, bizdə bu sahədə qadağaların davam etməsinin məntiqi əsası yoxdur.
3. İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Məsələn, bu məqsədlə iş saatlarının başlama və bitmə vaxtlarının dəyişdirilməsi zəruri hesab edilə bilər. Eyni zamanda, metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı olaraq dünya praktikası öyrənilməlidir.

4. Toyların bu şəkildə qadağan olunması bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi dəyişikliklər yaradacaq. Hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili üzrə normativlər dəqiqləşdirilməlidir. Sonrakı mərhələdə yaxın qohumların iştirakı (50-100 nəfər) və karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Yaxın qohumlar onsuz da daimi təmasdadırlar. Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsi təmin olunmalıdır. Bu məqsədlə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Məsələn, qapalı məkanın tutumu 300 nəfərlikdirsə, 3 dəfə azaldılır, masalar arası məsafə ən azı 2 metr, üzbəüz əyləşənlər arası məsafə ən azı 2 metr olmalıdır. Masa əyləşənlər bir stul buraxmaqla əyləşməlidirlər. Dəhlizdə söhbət edənlər maska taxmalı və fiziki məsafəsi gözləməlidir. 12 yaşadək uşaqların toyda iştirakı qadağan edilməlidir.
5. Bütün bu tədbirlərin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarının ciddi nəzarətində saxlanılmalıdır.

(Sonxeber.az)

Son xəbərlər

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Bütün xəbərlər