Gündəm

Naqif Həmzəyev:
"Aylardır ki, bəşəriyyət koronavirus bəlası ilə topsuz-tüfəngsiz vuruşur. Ölkəmizdə də pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir”.

Mumtv.az bildirir ki, bunu "Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.

O qeyd edib ki, virusun yayıldığı ilk mərhələdə yoluxma sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyəyə düşdü, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxanların sayını xeyli üstələdi: "Əfsuslar olsun ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlandı. Hətta son bir neçə gün ərzində koronavirusa yoluxma sayının 500 nəfəri keçməsi əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamağın mümkün olmadığını göstərdi. Koronavirus infeksiyasına yoluxma hallarının çoxalmasına səbəbi isə Operativ Qərargah tərəfindən müəyyənləşdirilən qaydalara, sosial izolyasiya tədbirlərinə əməl edilməməsi, xüsusilə maska taxılmaması oldu”.

N.Həmzəyev bildirib ki, 500-dən çox yoluxma sayı SOS siqnalı verir: "Normal həyata dönməyimizi əlçatmaz edənlər bilməlidirlər ki, daha əvvəlki qaydada yaşamaq, işləmək və illər boyu vərdiş etdikləri formada davranmaq mümkün deyil. Məsələnin ən təhlükəlisi isə bir sıra məsuliyyətsiz şəxslərin hələ də vəziyyətin ciddiliyinə etinasız yanaşmasıdır, pandemiyadan əvvəlki həyat tərzlərində yaşamağa cəhd etmələridir. Məsələnin ciddiliyinə barmaqarası baxanların xüsusi karantin rejimi qaydalarını pozması, ictimai yerlərdə məsafə saxlamaması, qapalı məkanlarda maskadan istifadə etməməsi, sadəcə cərimələnməmək, polisə yaxalanmamaq üçün formal olaraq üzərində maska gəzdirməsi… Çox sadə qaydalara əməl etməmək min bir bəhanə ilə qaydaları pozmaq cəhdi ətrafımızdakı insanları təhlükəyə, koronovirusun cənginə sürüyür.

Xoş təəssüratla gəncəlilərin yaddaşına yaşılan 2020-ci il yunun 24-də Gəncə səfəri zamanı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında da Prezident İlham Əliyev vətəndaşların məsuliyyətsizliyinə diqqət çəkdi: "Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir – maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik”.

Karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməməsinə görə cərimələr müəyyənləşdirilib və karantin tələblərini pozanlar məsuliyyətə cəlb olunurlar. Lakin görünən odur ki, qabaqlayıcı tədbirlər belə qayda pozuntularının qarşısını tam ala bilmir. Bu arzuolunmaz hallar isə cərimələrin məbləğinin artırılmasının vacibliyi fikrini ortaya çıxarır. Artıq dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarətetməliidirlər. Dövlət başçısının da vurğuladığı kimi, bu, milli təhlükəsizlik məsələsidir. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Dövlət başçısı xəstəxananın açılışındakı nitqində qeyd etdiyi kimi: "Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək”. Hər kəs ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə etməli, məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməlidir. Bunlarla yanaşı, qaydalara riayət etməyənlərə qarşı ictimai qınaq olmalıdır. Yalnız bu cür, təhlükəyə və təhlükə yaradanlara qarşı birgə mübarizə apararaq, həmrəy olaraq müsbət nəticə əldə etmək mümkündür”.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər