Gündəm

Deputatlıq şəkil çəkdirməklə bitmir - Yeni seçkilərdə TƏLƏBLƏR dəyişəcək
 
 
 
 
 
 
 
 

10-15 il bundan əvvəl vəzifə arzusunda olanlardan kimi dindirirdinsə, ya JEK müdiri, ya da polis rəisi olmaq istədiyini deyirdi. O səbəbdən ki, bu peşə sahiblərinin öz ətrafları arasında nüfuz sahibi olmaları kimi bir anlayış formalaşmışdı. Əslində, altşüurda nüfuz sahibi olmaqdan daha çox, rahat və pullu həyata sahiblənmək istəyi dayanırdı.


Zamanla insanların peşələrə sevgisi də dəyişdi. Bəzi insanlar daha rahat və pullu həyata sahib olmaq üçün başqa yol axtardılar. Təbii bu axtarış da öz-özünə yaranmadı.


Milli Məclisdə təmsil olunan bəzi deputatlar zaman-zaman özlərinin "biznes imperiyası” ilə gündəmə gəldiklərindən hər kəsdə belə fikir formalaşdı: Deputat olmaq nə yaxşı işdir... Mən də deputat olsam, həm nüfuzum, həm də çoxlu pulum olar.


Bu səbəbdən də indi çoxlarının könlündən deputat olmaq istəyi keçir.


Bu qədər peşə dura-dura niyə bəzi insanlar qanunverici orqanda təmsil olunmaq istəyir?


Deputat olmaq bu qədərmi asandır?


Konstitutsiya Araşdırmaları Fondunun rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a mövzu ilə bağlı danışıb.


"Parlament seçkiləri yaxınlaşdığına görə...”


Hüquqşünasın sözlərinə görə,  bir çoxlarının deputat olmaq istəyinin mütləq səbəbləri var:


"Bunun əsas səbəblərindən biri odur ki, KİV-də, sosial şəbəkələrdə deputatlarla bağlı çoxlu məlumatlar yayılmaqdadır. Eyni zamanda,  qarşıdan gələn parlament seçkiləri də yaxınlaşmaqdadır. Ona görə də bir çox insanlar bu istiqamətdə fikirlərini səsləndirirlər. Bizim cəmiyyətdə belə fikir formalaşıb ki, deputat olmaq hansısa ritualı icra etməkdən ibarətdir. Halbuki, deputat olmaq daha çox nümayəndəlik xarakteri daşıyır”.


"Bəziləri üçün deputat olmaq rahatdır”

Müsahibimiz qeyd edib ki, bəzi deputatların fəaliyyəti boyunca yol verdikləri nöqsanlar yaxşı sonluqla nəticələnmir:


"Təəssüfedici hal odur ki, bəzi məlumatlarda bir çox deputatların hərəkətlərində  yol verilən nöqsanlar  "sanki deputatlar qanunvericilik funksiyası ilə məşğul olmurlar” fikirlərini deməyə əsas verir.  Onların işi yalnız əmək haqqı almaq və öz bizneslərini genişləndirməkdir. Çünki bununla bağlı KİV-də, sosial şəbəkələrdə  yetərincə məlumat var. Bəziləri də belə düşünür ki, deputat olmaq çox rahatdır və biz də deputat ola bilərik. Onsuz də hər hansı öhdəlik yoxdur”.


Çox rahat şəkildə Milli Məclisə düşənlər...

Bir çox insanların deputat olmaq istəyinin arxasında məsuliyyət məsələsinin olmadığını deyən Əliməmməd Nuriyev bunu yanlış düşüncə sayır:


"Bir çoxları qanunverici hakimiyyətin hansı vəzifələrə malik olduğunu dərk etmir. Milli Məclisin üzvü olmaq çox böyük məsuliyyət tələb etməklə yanaşı, həm də böyük cavabdehlikdir. Bu cavabdehlik həm ölkə qarşısında, həm ölkə xaricində,  həm də konkret seçkilər qarşısında olur. Bəzi hallarda kimlərinsə rahat şəkildə Milli Məclisə düşməsi ilə bağlı məlumatların sosial şəbəkələrdə bu və digər formada  yayılması da  bir çox insanların kütləvi şəkildə deputat olmaq həvəslərini artıran amillərdəndir”.


"Şəkil çəkdirməklə deputat olmaq olmur”


Hüquqşünas deputatlığın heç də asan olmadığını deyərək, savadlı və hazırlıqlı insanlara ehtiyac duyulduğunu vurğulayıb:


"Təbii ki, çox savadlı, fədakar və rəqabət qabiliyyətli insanların Milli Məclisin üzvü olması vacibdir. Qanunvericilik bazasının hazırlanması ilə bağlı çox savadlı və hazırlıqlı insanlara ehtiyac var. Hesab edirəm ki, növbəti parlament seçkiləri zamanı Milli Məclis çox fərqli olacaq. Ona görə də  deputat olmaq istəyənlər bu amili nəzərə almalıdırlar. Qarşıdakı parlament seçkiləri zamanı ciddi rəqabət olacaq. Parlament üzvü olmaq üçün yüksək tələblər qoyulacaq. Bu heç də sadə görünməsin. Eyni zamanda,  deputat olmaq üçün müəyyən resurslara malik olmaq da böyük məsələdir. Hesab edirəm ki, qarşıdakı parlament seçkilərində fərqli yanaşmalar, üsullar tətbiq olunacaq. Bunun üçün  deputat olmaq istəyən  şəxslərin həm intellektual, həm də  mənəvi hazırlıqlı olmalıdırlar. İndi yeni seçicilər yaranmaqdadır. Yeni seçicilər Milli Məclisin üzvü olmaq istəyənlərin qarşısında  daha sərt tələblər qoyacaq. Ona görə də deputat olmaq heç də asan görünməsin. Deputatın fəaliyyəti parlamentdə oturmaqla, hansısa tədbirlərdə poza verməklə, yaxud da, şəkil çəkdirməklə bitmir. Həm qanunvericilik prosesini yaxşı bilməli, həm  beynəlxalq proseslərdə yüksək intellektini nümayiş etdirməli, həm də daxili siyasəti çox yaxşı anlamalıdır. Təkcə özünə görə yox, ailə üzvlərinə, qohumlarına, yaxınlarına görə də məsuliyyət daşımalıdır. Bir çox hallarda bəzi deputatların öz övladlarına görə hansı işlərdən keçdiklərini görürük. Ona görə də deputat olmaq məsələsində bir qədər düşünmək lazımdır”.


Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər