Gündəm

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər
Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların sayı 50-yə düşüb. Ölənlərin sayında azalmalar müşahidə olunur. Bundan əlavə yanvarın 18-dən də ölkə ərazisində koronavirus əleyhinə peyvəndlənmə başlayıb. Yoluxma sayı azaldığına görə Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Kamilə Əliyeva bildirib ki, çox sevindirici haldır ki, artıq son günlərdə yoluxmaların sayında xeyli azalma müşahidə edirik:

"Eyni zamanda ölənlərin sayında da azalmalar müşahidə olunur. Lakin biz bu rəqəmlərə arxayın olmamalıyıq. Çünki bu azalma müvəqqəti də ola bilər. Buna görə də insanlarımız ehtiyatı əldən verməməlidir. Biz növbəti 2 həftə ərzində bu rəqəmləri izləməliyik. Bilirsiniz ki, bir aya yaxın sərt karantin şəraitində olduq. Son bir neçə gündə yumşalmalara gedilir. Yumşalmalardan sonra yenidən artımın olacağı istisna deyil.

Bilirsiniz ki, yanvarın 25-dən bərbərxanalar, gözəlik salonları və rayonlara gediş-gəliş bərpa edildi. Fevralın 1-dən də kafe və restoranların açılması gözlənilir. Ona görə də ehtiyatı əldən verməmək və 3 qızıl qaydaya əməl etmək lazımdır. Yəni sosial məsafəni saxlamaq, sanitar-gigyenik qaydalara əməl etmək və maska qaxmaq. Bu qaydalara əməl etmək bizim həyat tərzimiz olmalıdır".

Deputat qeyd edib ki, arxayın olmamalıyıq. Yoluxma sayı 50-ə düşübsə, maska taxmamamaq, sosial məsafəni qorumamamaq və yaxud toy-yas mərasimlərinin keçirilməsi kimi düşüncələrə qapılmamaq lazımdır:

"Bunlar mərhələli olmamalıdır. Hətta, təhsildə belə mərhələli şəkildə yumşalmalara gedilir. Fevralın 1-dən ibtidai siniflər üçün ənənəvi dərslər qismən bərpa edilir. Digər 5-9 və 9-10-cu siniflər üçün ənənəvi təhsil bərpa ediləcəyi ilə bağlı araşdırmalar aparılır. Bundan əlavə yeraltı nəqliyyat olan metro da açılacaq. Bütün bunlar yoluxmanı artıran amillərdir. Digər tərəfdən bilirik ki, peyvəndlənməyə də başlanılıb. Amma bu demək deyil ki, peyvəndlənən şəxslər sabah koronavirusa yoluxma ehtimalı yoxdur.

Bədəndə immunitetin yaranması üçün müəyyən vaxtın keçməsi lazımdır. Ona görə də aprel-may ayına qədər toy və yas mərasimlərinə qoyulan qadağa uzadıla bilər. Ümimiyyətlə o vaxta qədər toy və yas mərasimləri keçirmək olmaz. Çünki gündəlik yoluxanların dinamikasına baxmaq lazımdır.İzləməliyik ki, növbəti iki həftə ərzində dinamika necə olacaq. Orta və ali məktəblərdə təhsil bərpa olunandan sonra gündəlik yoluxanların sayı artmasa, ondan sonra toyların, yasların keçirilməsinə icazə verilə bilər. Bu məsələ ilə bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. Əlbəttə, suistifadə hallarına yol verilməməlidir. Hələki, biz ehtiyyatı əldən verməməliyik".

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər