Gündəm

Novruzu sərt karantin rejimində qarşılayacağıq?
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı yenidən yüksəlməyə başlayıb. Martın 7-də açıqlanan məlumata görə, gündəlik qeydə alınan yoluxma sayı 403 olub. Sağalanların sayı 127 nəfərdir, 3 nəfər vəfat edib.

Yoluxma dinamikasının yenidən artıma doğru meyllənməsi karantin qaydalarının Novruz bayramı ərəfəsində yenidən sərtləşdiriləcəyi barədə söz-söhbətə səbəb olub. Hətta 15 martdan etibarən SMS icazənin bərpa olunacağı, rayonlara gediş-gəlişin dayandırılacağı deyilir.

Aidiyyəti qurum və ekspertlər vəziyyətlə bağlı nə deyir?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Press Klub”a açıqlamasında sosial şəbəkələrdə və bəzi saytlarda yayılan informasiyanın əsassız olduğunu söylədi. Amma bununla yanaşı, əlavə etdi ki, vəziyyətdən asılı olaraq sərt karantin rejiminə gedilərsə, bu barədə əlbəttə ki, ictimaiyyətə rəsmi məlumat veriləcək. Hələlik isə belə bir qərar yoxdur.

Professor Adil Qeybulla isə indiki rəqəmlərlə sərt karantin rejiminin tətbiqini doğru hesab etmir:

"İnsanlar heç olmasa, bayramı keçirsinlər. Əgər epidemioloji vəziyyət bu şəkildə davam etsə, hər hansı qadağaların tətbiqini məqsədəuyğun hesab etmirəm. Düşünürəm ki, yoluxma sayı bu qədər olsa, heç bir prooblem olmayacaq. Amma insanlar yenə də hər şeyi nəzərə almalıdırlar, qapalı yerlərdə qaydalara ciddi əməl etməlidirlər, məsafə gözləməli, maska taxmalı, əlləri dezinfeksiya etməyi unutmamalıdırlar”.

Həkim qeyd etdi ki, insanlar artıq qapanmalardan və pandemiyadan beziblər:

"İnsanların azadlıqlarına alışdıqları bir vaxtda pandemiya onların həyatına xeyli problemlər gətirib. Bu isə reallıqlardır. Bütün dünya əziyyət çəkir. Avropa ölkələri, Birləşmiş Krallıqda elə sərt tədbirlər görülüb ki, məhz həmin tədbirlərin nəticəsində bu gün uğurlar göz önündədir”.

A.Qeybulla vaksinasiyaya daha çox diqqət ayrımağın vacibliyini düşünür:

"Biz vaksinasiyaya daha çox güc verməliyik. Bununla bağlı daha intensiv işlər aparmalıyıq. Peyvəndləmə prosesi intensiv aparılmalıdır ki, qısa müddətdə uğurlu nəticələr əldə edə bilək. Əlbəttə, ikinci dalğa zamanı xəstələrin böyük əksəriyyətində davamlı immunitet formalaşıb. Biz onların qan təhlillərində də bunu müşahidə edirik. Amma bunlarla yanaşı, vaksinasiyanın da aparılması kollektiv immunitetə gedən yolu daha da qısaldar ki, bununla biz pandemiyaya qalib gələ bilərik. Ona görə də hesab edirəm ki, üçüncü dalğanın yanından ötüb keçməyə çalışmalıyıq. Bu da bizim daxildə gördüyümüz tədbirlərdən asılıdır”.
 
 

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər