Gündəm

Bahalaşma insanları şəhərdən kəndə qaytarır?
Son dönəmlərdə bir çox sahələrdə qiymət artımı özünü göstərir.

Su və benzinin bahalaşmasından sonra ərzaqların da qiymətlərində artım müşahidə olunur.

Bu bahalaşmalar eyni zamanda şəhərdəki yaşam xərclərini də artırır. Kirayə qalan insanlar üçün isə daha çox xərc tələb edir.

Maraqlıdır ki, bəs hazırda kirayə bazarında vəziyyət necədir? Bu qiymət artımları insanların rayonlara geri dönməsinə səbəb ola bilərmi?

Bu barədə Cebhe.info-ya açıqlamasında əmlak bazarı üzrə ekspert Pərviz Qulami bildirir ki, kirayə bazarına tələbat hazırda azdır:

"Benzin və suyun bahalaşmasının mənzil bazarına elə də güclü təsiri olmadı. Bu, sırf sosial məsələ olduğu üçün insanların gündəlik tələbatına təsir göstərə bilər. Kirayə bazarı da tələbata görə formalaşır. Daha çox universitet vaxtı tələbələr kirayə evlərlə bağlı müraciət edirlər. Hazırda pandemiya ilə əlaqədar dərslər yoxdur, ona görə də tələbat azalıb. Ancaq gələcək aylarda bu qiymət artımının hansısa təsiri ola bilərmi, bunu deyə bilmərik. Eyni zamanda, düşünmürəm ki, şəhərdə şəraiti olan insanlar qlobal dəyişiklik etsinlər və kəndlərə qayıtsınlar. Doğrudur, suyun qiymətinin artması o qədər təsir etməsə də, benzinin bahalaşması insanların maddi durumuna müəyyən dərəcədə təsir göstərə bilir. Ərzaqların qiymətindəki artım da bu təsirlərdən biri sayılır. Ancaq yenə də düşünmürəm ki, şəhərlərdən rayona köçmə prosesinə səbəb olsun”.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər