Gündəm

Vətəndaş
"Azəriqaz” – Son günlər bu qurumun adı insanlarda yalnız əsəb və gərginlik yaradır. Niyəsi çox sadədir. Adıçəkilən dövlət şirkəti guya köhnə sayğacların istismar müddətini başa vurduğunu əsas gətirərək, büdcədən ayrılan vəsait hesabına yeni sayğaclar alıb. Axı yeniliyin nəyi pisdir ki? .. Əlbəttə, amma gərək yenilik də insanların həyatına bir dəyişiklik gətirsin, daha onu "cəhənnəmə” çevirməsin. "Azəriqaz”ın quraşdırdığı yeni sayğaclar isə sərfiyyatdan əlavə pul yazmaqla, maddi vəziyyəti ürəkaçan olmayan insanlara daha bir "zərbə” vurur. Bu isə təbii ki, haqlı narazılıqlarla qarşılanır.

KONKRET.az olaraq dəfələrlə adi insanların və hətta cəmiyyətin tanınmış şəxslərinin bu qurumun "fəaliyyətindən” narazı olduqları haqda məlumatlar dərc etmişik. Amma "Azəriqaz” rəsmilərinin heç tükü də tərpənməyib.

Bu dəfə isə sözügedən qurumun fəaliyyəti haqda növbəti narazılıq sosial şəbəkələrdə paylaşılıb.

KONKRET.az xəbər verir ki, Lalə Mustafayeva adlı vətəndaş qazdan istifadəyə görə, ona şişirdilmiş borc gəldiyini iddia edib. Vətəndaş borc qəbzini çəkərək sosial şəbəkə hesabında paylaşıb və bu sözləri deyib: "Evimdə cəmi 4 radiator mövcuddur. Bu 4 radiator 200 manat necə yaza bilər?. Keçən ay 114 manat pul ödəmişəm. Siz isə hələ də mənim 114 manat borcum olduğunu yazırsınız. Allahdan heçmi qorxmursunuz?”.

Şikayətçi "Azəriqaz” rəhbərliyinə də səslənib: " "Azəriqaz”ın rəhbərləri yəqin ki, böyük villalarda yaşayırlar. Görəsən onların özlərinə nə qədər borc yazılır, yaxud villalarda yaşayan məmurların evlərinə hansı məbləğdə borc göndərilir?. Yoxsa ancaq kasıb əhaliyə bu məbləği göndərə bilirsiniz?. Buna vicdanınız necə yol verir? Allahdan qorxmursunuz? kəfənin cibi yoxdur, bunu unutmayın!. Unutmayın ki, Allah sizi cəzalandıranda zülm çəkəcəksiniz, necə ki, insanlar zülm çəkir”.

Qeyd edək ki, sosial şəbəkələrdə bu cür videoların geniş yayılmasına baxmayaraq, "Azəriqaz” rəhbərliyi heç bir reaksiya vermir. Bu isə abonentlərdə daha böyük çaşqınlıq yaradaraq, sözügedən quruma qarşı inamsızlığı daha da artırır.

P.S Sözügedən iddia ilə bağlı "Azəriqaz”-ın mövqeyini dərc etməyə hazırıq.

KONKRET.az

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər