Gündəm

Pandemiya dövründə məişət zorakılığının artacağı gözlənilən idi
"COVİD-19 pandemiyası dövründə bütün dünyada məişət zorakılığı artdı”. Bu fikri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəsi Hande Harmancı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşündə səsləndirib.
ÜST-nin Azərbaycandakı nümayəndəsi ilə görüşü zamanı B.Muradova H.Harmancıya müraciətlə qadınların dünya miqyasında çətin və vacib işlərdə öz üzərinə götürdükləri rolu yüksək səviyyədə yerinə yetirdiklərini bildirib: "Siz həm təmsil etdiyiniz qurumun prioritetlərini və onların qarşınıza qoyduğu vəzifələri həyata keçirir, həm də təmsil olunduğunuz ölkə üçün vacib olan işlər görürsünüz. Bütün bunlara görə sizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, bu fəaliyyətiniz də daxil olmaqla, ümumi dünya səyləri öz nəticələrini verəcək və biz nəhayət normal həyata yenidən qayıdacağıq”.
Hande Harmancı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rolunun vacibliyini vurğulayıb, Dövlət Komitəsi ilə hər zaman əməkdaşlığa hazır olduğunu deyib, COVİD-19 pandemiyası dövründə bütün dünyada məişət zorakılığının artdığını qeyd edərək, bu sahədə də hər zaman yardıma hazır olduqlarını nəzərə çatdırıb.

"Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında ötən il 400-ə yaxın qadının birliyə müraciət edərək yardım istədiyini bildirdi:

- Amma bu müracitələrin hamısı məişət zorakılığı ilə bağlı olmayıb. Belə deyim; müraciətlərin 5 faizi Vətən müharibəsi dövründə zərər çəkmiş qadınlar, 5 faizi də sosial problemlərlə bağlı zəng edənlər idi. Yerdə qalanlar sırf məişət zorakılığına məruz qalan və yardım istəyənlər idi. Pandemiyanın ilk vaxtlarında müraciətlər demək olar, yox idi. Susqunluq vardı. Sanki pandemiya insanlara şok yaşatmışdı və insanlar hara müraciət edəcəklərini bilmirdilər. Sonra yavaş-yavaş işlər axarına düşdü. "Təmiz Dünya”nın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində xüsusi votsap qrupu yaradıldı. Bura daxil olan məlumatlar sayəsində biz zorakılığa məruz qalan, təhlükə altında olan qadınları bölgələrdən çıxara bildik. Deyərdim ki, pandemiya dövründə məişət zorakılığının artmasının əsas səbəblərindən biri qapanmalar və sosial problemlər oldu. Sosial problemlər zorakılıq faktları yaratdı. Bu proses dalğavari özünü göstərirdi. Bəzən müraciətlər artırdı, bəzənsə azalırdı. Bəzən müraciətlər uzun müddət səngiyirdi. Sonra yenə artırdı. Ailələrin məhdud çərçivədə qalması, hərəkətsizlik, iqtisadi gərginlik ailədaxili münasibətləri də aqressivləşdirdi. Araşdıranda məlum olurdu ki, hər ailədə müxtəlif səbəblər var. Hazırda əsas vəzifə ailədaxili gərginliyin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir. Bu məsələdə əsas hədəf zorakılığa məruz qalanların müəyyənləşməsi, onların təhlükəsizliyinin təmin edilməsi, ailələrə səfərlərdir.

Psixoloq Fərqanə Mehmanqızı məişət zorakılığı hallarının artmasını pandemiya və karantin şəraitinin insan azadlığını məhdudlaşdırmasında görür. Psixoloq "Şərq”ə bildirdi ki, psixikası zəif olanlar, həssas insanlar karantin şəraitinin ağırlığını qaldıra bilmirlər:

- Təbii ki, pandemiya dövründə məişət zorakılığının artacağı gözlənilən idi. Yəni bu, gözlənilməz hal sayılmaz. Pandemiya dövründə intiharlar, özünəqəsdlər də artdı. Bu, nəyin işarəsidir, insanlarda davranış pozuntusunun artdığının. Mən əminəm ki, intihar və özünəqəsd faktları açıqlanan rəqəmlərdən daha çoxdur. Əgər hansısa media mənsubu çox demirəm, 1 sutka Toksikologiya şöbəsinin qapısı önündə dayansaydı, 1 sutka ərzində neçə nəfər özünəqəsd edənin olduğunu rahatca dəqiqləşdirə bilərdi. Təəssüf ki, heç kim bu statistikanı aparmadı. Bəli, insanlar arasında aqressiya artıb və bu, mənəvi aclığın nəticəsidir. Pandemiya səbəbindən tətbiq edilən karantin şəraiti məhdudiyyətlər yaratdı. İnsanların azadlığı, sərbəst hərəkət imkanları məhdudlaşdı. Təməl haqqı olan azadlığının əlindən alınması insanlara hər zaman böyük sarsıntılar yaşadır. Cinayət törətmiş adamlara ən ağır cəza onların azadlıqdan məhrum edilməsidir. Amma pandemiya dövründə insanlar etmədikləri günaha, etmədikləri cinayətə görə azadlıqdan məhrum edildilər. Bu da insanlarda aqressiyanı artırdı ki, niyə mən kiminsə səhvinə görə, hardasa yarasa yemiş adamlara görə cəzalanmalıyam?! Bu hal psixikası zəif, həssas insanlara daha çox təsir edir. Panik-atak yaşayanlar da var. Hətta uşaqlar arasında nizam-intizam pozulub. Uşaqlar böyüklərin komandasına tabe olmur. Ailə başçısı evdən kənarda üzləşdiyi problemdən doğan aqressiyanı gəlib evdəkilərin üzərinə tökür. Bəs nə etməliyik? Əlbəttə, ciddi tədbirlər görülməlidir. Valideynlər arasında, iş yerlərində maarifləndirmə aparılmalıdır. Çünki böyük toplum məhz valideynlər və çalışan insanlardır. Psixoloqların da üzərinə böyük iş düşür, amma təəssüf ki, psixoloqlar işə cəlb edilmir. Nə pandemiya dövründə psixoloqlar işə cəlb edildi, nə də müharibə dövründə. Ona görə də məişət zorakılığı da artır, qazilər arasında intihar halları da. "Qaynar xətt”lərdə psixoloqlar fəaliyyət göstərmir. "Qaynar xətt”ə zəng edən adamı, hansı ki, gərgindi, kömək istəyir, başlayırlar ora-bura yönləndirməyə. Gərgin vəziyyətdə olan insana "filan nömrəyə zəng et”, söyləmək onu faktiki başlı-başlına buraxmaqdır. Uşaq "Qaynar xətt”i də yoxdur. Mən uşaqlarla işləyən psixoloq belə bir "Qaynar xətt” tanımıramsa, uşaq hardan biləcək? Bu sahədə boşluqlar çoxdur. Hərəkətə keçmək, könüllü psixoloqları toplayıb onlarla işləmək lazımdır. Hande Harmacı yardım etmək istəyirsə, bir komanda formalaşdırsın və fəaliyyətə başlasın. Amma bu komanda da yalnız ayrılan maliyyə hesabına bölgələrə səfər edib treninqlər keçirən qht-lərdən ibarət olmasın.

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər