Gündəm

  Ekspertdən nazirə VACİB SUAL: - “Lazımsız standartın tətbiqi üçün niyə büdcədən vəsait ayırtdırdınız?”
 
 
 
 
 
 
 
"Bir çox dövlət qurumlarında Rüşvət Əleyhinə İdarəetmə Sistemləri standartları hökmən tətbiq edilməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Ekoloji Menecment sisteminin idarə olunması üçün dövlət büdcəsindən vəsait ayrılmasına münasibət bildirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, "Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov deyib.

Ekspert Kənd Təsərrüfatı Nazirliyinə vacib suallar ünvanlayaraq, Ekoloji Menecment sisteminin idarə olunması sistemi üçün vəsait ayrılmasının səbəblərinin izah edilməsini istəyib:

"Azərbaycan ictimaiyyətinə izah edə bilərsinizmi ki, İSO 14001:2015 Ekoloji Menecment Sisteminin İdarəolunması sisteminin tətbiq edilməsinin Sizin fəaliyyətinizə nə kimi müsbət təsiri vardır?

Nazirliyiniz ətraf mühitə necə təsir göstərir ki, dövlət büdcəsindən Ekoloji Menecment sisteminin idarə olunması sistemi üçün vəsait ayırtdırırsınız? Fəaliyyətiniz nəticəsində hansı ekoloji aspektlər yaranmaqdadır ki, siz İSO 14001:2015 standartının tətbiq edilməsini, dövlət büdcəsindən buna vəsait ayrılmasını labüd bildiniz?

Fəaliyyətiniz nəticəsində yaranmış tullantılar hər halda mətbəxdən çıxmış məişət və ya başqa növ tullantılar deyil. Bəlkə biz bilmirik, fəaliyyətiniz nəticəsində yanacaq-sürtkü materialları və ya təhlükəli tullantılar yaranmamqdadır?

İSO 56002:2019 İnnovasiyaların İdarəolunması Sistemini tətbiq etsəydiniz, mən sizi alqışlayardım. Amma sizin üçün ən lazımsız standartın tətbiq edilməsinə dövlət büdcəsindən vəsait ayırtdırdınız.

Düşünürəm ki, bir çox dövlət qurumunda İSO 37001:2016 Rüşvət Əleyhinə İdarəetmə Sistemləri standartları hökmən tətbiq edilməlidir. Bu kimi "partizanlıqlar” nəzarət altına götürülsə, xalqımız və dövlətimiz üçün daha faydalı olacağını düşünürəm”.

Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər