Gündəm

Karantində keçəcək daha bir il: Azərbaycanın resursları kifayət edəcək?
Pandemiyanın digər ölkələr kimi Azərbaycana təsiri olsa da, Neft Fondundakı 40 milyard dollardan çox "təhlükəsizlik yasdığı” COVİD- 19-la mübarizəni nisbətən asanlaşdırıb.

Amma pandemiyanın nə zaman bitəcəyi haqqında konkret fikir yoxdur. Vaksinasiya prosesi də istənilən səviyyədə deyil.

Dünya hələ üçüncü dalğa, pandemiyanın ilin sonuna kimi bitməyəcəyi barədə Ümumdüya Səhiyyə Təşkilatı rəsmilərinin bəyanatları narahatlığı daha da artırır.

Pandemiya ilə mübarizənin istənilən səviyyədə aparılması üçün Azərbaycanın iqtisadi və tibbi potensialının yetərli olması lazımdır.

Maraqlıdır, pandemiya ilə mübarizədə Azərbaycanın iqtisadi və tibbi potensialı kifayət edəcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanın pandemiya ilə mübarizə aparmaq üçün iqtisadi potensialı var və bunun sonadək çatması üçün zamanında iqtisadi qərarlar alınmalıdır:

"Azərbaycan hökumətinin pandemiya əlaqəli addımlarında həmişə gecikmələr olub. Sosial məsələlərin həlli ilə bağlı gecikmiş də olsa, bəzi addımlar atılır. İqtisadi məsələlərin həllində bu gün gecikmələr var. Məsələn, vergi güzəştləri, iş adamlarına dəymiş zərər, icarə məsələləri ilə bağlı addımlar gecikməkdədir. Yəni bu məsələlər hələ də öz həllini gözləyir. İqtisadi potensial olaraq, bizim ölkənin vəziyyəti digər region ölkələri ilə müqayisədə daha yaxşıdır. Çünki təhlükəsizlik yastığı nöqteyi-nəzərindən Neft Fondunun balansında olan 42 milyard dollara yaxın vəsait daha rahat davranmağa imkan verir. Lakin buna arxalanıb iqtisadi addımların alqoritmini gecikdirmək olmaz. Hazırda bizim potensialımız, digər ölkələrə nisbətən üstünlüklərimiz var. Lakin bu üstünlüklərdən düzgün istifadə etməliyik. İş adamlarının ən böyük problemi icarələr, ticarət dövriyyələri, biznes kreditləri, iş yerlərinin genişləndirilməsi ilə bağlıdır. İnsanlar daha çox ərzaq və tibbi ləvazimatlar alır, kommunal xidmət sahələrinə vəsait sərf edirlər. Yerdə qalan digər sahələrdə ticarət dövriyyəsi zəifləyir. Bu da iqtisadiyyata kifayət qədər mənfi təsir göstərən amildir. Ona görə də, düşünürəm ki, potensialımız və üstünlüklərimiz var. Amma o üstünlüklərdən istifadə və qərarların qəbulunun gecikməsi iqtisadiyyatda problemlər yaradır. Pandemiya ilə mübarizədə tibb sahəsində isə Azərbaycan çox yaxşı mübarizə aparır. Xüsusən sürətlə yaranan modul tipli xəstəxanalar bunu deməyə əsas verir".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, Azərbaycan səhiyyəsində müəyyən problemlər olsa da, pandemiya ilə mübarizə aparılır:

"Pandemiya elə bir prosesdir ki, bütün dünya ölkələrində xəstə sayı artıq olduqda, birinci, ikinci dalğada İtaliya, İspaniya kimi ölkələrdə problemlər yarandı. Xəstələrin böyük əksəriyyətinin yerləşdirilməməsi, stasionar yerlərin çatışmazlığı, bəzi xəstələrə seçim edilərək ev şəraitində müalicə olunması halları yaşandı. Azərbaycanda da ikinci dalğa zamanı oxşar problemlər oldu. Əlbəttə, say çox olduğu üçün heç bir ölkə buna hazırlaşmayıb və bununla qarşılaşdıqları zaman müəyyən problemlər yaşanır. İkinci dalğa göstərdi ki, xeyli çətinliklər yarandı, amma bunun da öhtəsindən gəlindi. Azərbaycan səhiyyəsində müəyyən problemlərin olduğu göz önündədir. Bu, keçid dövrünün səhiyyəsidir və icbari tibbi sığorta yoxdur. Dünya səhiyyəsi bu problemlərin öhdəsindən gəldi. Avropa və Amerika səhiyyəsi bu nümunəni göstərdi. Arzu edərdik bizim də səhiyyəmiz həmin standartlara yüksəlsin. Amma hazırda müəyyən çətinliklər olsa da, pandemiya ilə mübarizə aparılır".

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər