Sosial

Azərbaycanda narkomaniya qol-qanad açıb – Gəncləri necə qoruyaq?
 
 
 
 
 
 

 
 
 
 
 

 
 
 

Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyi Azərbaycandakı narkomanların sayı ilə bağlı statistikanı açıqlanıb. Bildirilibki, ötən ilin sonuna qədər Respublika Narkoloji Mərkəzində 31 432 nəfər qeydiyyatda olub ki, onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Bu narkomanların 626-sı isə qadındır.

Bəs narkomaniyadan əziyyət çəkənlərin sayının artmasının səbəbləri nələrdir?

Bu məsələ ilə bağlı sosioloq Əhməd Mansurov "Yeni Sabah”a açıqlamasında bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin artması cəmiyyətdə digər sosial problemlərin yaranmasına səbəb olur.

"Əsas problem ondan ibarətdir ki, narkotik vasitələrə qarşı aparılan maarifləndirmə işləri qanedici deyil. Ola bilər ki, orta məktəblərin bəzilərində tədbirlər həyat keçirilir, sosial çarxlar çəkilir. Amma hansı kütlə ki daha çox risk qrupundadır, biz onları əhatə edə bilmirik. Xüsusilə narkomaniyanın gəncləşməsi problemi baş alıb gedir. Maarifləndirmə proseslərində iştirak etməyən gənclərin narkotikanın qurbanı olması problemi ortaya çıxır. Amma biz cəmiyyət olaraq sosial institutların inkişafını təmin etməli, əhatəliliyini artırmalıyıq ki, sosial təhlükədə olan şəxsləri xilas edə bilək”.

Sosioloq risk qrupunda olanlarla işləməyin vacibliyindən bəhs edib:

"Bu risk qrupuna daha çox ailədaxili problemləri olan, cəmiyyətlə münaqişələri olan, psixososial problemləri olan və kriminal həyat tərzinə meylliliyi olan insanlar daxildir. Bu sadaladığımız insanlarla işləmək lazımdır. Həmçinin yeniyetmələrlə, gənclərlə iş aparmaq üçün ailə faktoruna önəm veririk. Bir gəncin və yaxud yeniyetmənin narkotik asılılığa düşməsinə səbəblərdən biri ailədən kənarda qalmasıdır, ona təsir edəcək, ona dəstək ola biləcək şəxslərin olmamasıdır”.

O, narkomaniya ilə mübarizə aparmağın ən optimal yollarını da izah edib:

"Xüsusi təhlükəli dərmanlar var ki, bu sahədə fəaliyyət göstərən insanlar əczaxanalarda, müxtəlif tibb müəssisələrində satışını həyata keçirirlər. Buna diqqət göstərmək lazımdır. Bu kimi preparatlar daha çox küçə uşaqlarının əlinə keçir. Cəmiyyətdə uyğun davranış modelləri hazırlanmalıdır. Bir şəxsin normal həyat tərzi, məqsədi , arzusu ətrafında ona qayğı göstərəcək şəxslərin olması belə problemlərlə qarşılaşmasının önünü ala bilər. Burada müasir cəmiyyətin texnologiyalaşması prosesi də öz təsiri göstərir. Bu mənada ki, insanlarda ünsiyyət problemi baş verir.Öz ailələri, dostları, sevgililəri ilə normal ünsiyyətə girə bilmirlər və nəticədə qurbana çevrilirlər”.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər