Gündəm

Azərbaycan Xankəndinə nəzarəti ələ keçirəcək
"Qarabağ Zəfərindən sonrakı müddət Azərbaycan baxımından həm siyasi, həm diplomatik, həm də beynəlxalq hüquq mübarizəsi prosesi kimi dəyərləndirilməlidir"

Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türkiyəli ekspert bildirib ki, mübarizə həbi müstəvidən çıxıb siyasi, beynəlxalq hüquq və diplomatik bir mübarizə mərhələsinə keçib:
"Bundan sonrakı mərhələdə Azərbaycan siyasi, diplomatik və beynəlxalq hüquq cəhətdən mübarizəsini aparmalıdır. Lazım olacaqsa, bu mübarizə hərbi əməliyyat və yaxud da antiterror əməliyyatlarına da dönə bilər. 10 Noyabr Bəyanatının maddələri çox aydındır.

Bəyanatın maddələrini kimlərsə pozmağa cəhd edə bilərmi? Bəli, kimlərsə bu maddələri təhrif etmək istəyə bilər. Bu, Rusiya da ola bilər, Rusiyanın içərisində bir qrup da ola bilər, Ermənistan da ola bilər və ya Ermənistanın arxasında dayanan bəzi ölkələr də ola bilər. Yəni, Bəyanatın maddələri bəzi təhriflərlə qarşı-qarşıya qala bilər.

Buna mane olacaq tək şey Azərbaycan və Türkiyənin ortaya qoyacaqları iradədir. Yəni, Türkiyə və Azərbaycan bəyanatın maddələrinə əməl edilməsi məqsədilə lazım olan addımları atdıqları, qətiyyət nümayiş etdirdikləri təqdirdə bu məsələni həll edəcəklər.

Azərbaycan Xankəndinə nəzarəti ələ keçirəcək

Əgər bəyanatın bəndləri yerinə yetirilməzsə, açığı bu işin başqa cür həll variantı meydana çıxa bilər.

Bu aspektdən baxıldıqda deyilməsi lazım olan tək şey, müqavilənin bəndlərinin icrasında ləngimə baş verə bilər, amma bunun qalıcı olması çox böyük bir problem yarada bilər. Çünki nəticədə müharibədən qaynaqlanan çox böyük bir travma var.

Real vəziyyət bu travmaya bağlı olaraq və ya Rusiyanın bəzi məsələləri həzm problemi ilə bağlıdır. Amma bu, mübarizənin bitməsi mənasına gəlmir. Yəni Türkiyə və Azərbaycan Qarabağın rus sülhməramlılarının nəzarətində qalan torpaqlarını öz nəzarətlərinə keçirmək üçün mübarizəni davam etdirəcəklər.

Mübarizə həbi müstəvidən çıxıb siyasi, beynəlxalq hüquq və diplomatik bir mübarizə mərhələsinə keçib.

Bu da əslində yenə bir güc mübarizəsidir. Bu mübarizəni də qazanacağıq. Mən Azərbaycanın bu mübarizədən çəkildiyini qətiyyən görmürəm.

Amma savaşın o nöqtədəki həssaslığı belə bir üçtərəfli bəyanatın qəbul edilməsinə zəmin yaratdı.

Yoxsa bu, torpaqlardan əlimizi üzdük mənasına gəlmir".

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər