Gündəm


Dünən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Bununla da Komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb. Bu müddətdə ümumilikdə 1000-dən çox müraciətə baxılıb. Komissiya sənədləri ümumiləşdirərək Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Hüquq müdafiəçiləri yaxın günlərdə böyük əfv sərəncamı veriləcəyini bildirir. Kimlərin əfv ediləcəyi Prezidentin səlahiyyətində olsa da, hər halda cəmiyyətdə komissiyanın hansı müraciətlərə baxdığı, siyahıda kimlərin adlarının olması ehtimalı maraq doğurur.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, siyahı ölkə Prezidentinə təqdim olunub:

"Kimlərin əfv olunacağı dövlət başçısının müstəsna səlahiyyətidir. Hətta bizim verdiyimiz siyahıda olan bir qrup şəxslər belə Prezident tərəfindən təsdiqlənməyə bilər. Bizim siyahı sadəcə olaraq təklif kimi təqdim olunur. Bu, Prezidentin yaratdığı işçi qrupudur və bu qrup vasitəsilə müzakirə aparılır və məqsədəuyğunluq göstərilir. Prezidentin öz mülahizəsi ilə də siyahıya əlavə kimlərsə daxil edilə, kimlərsə çıxarıla bilər, artıq onu söyləmək mümkün deyil. Siyahıda kimlərin olacağı yalnız sərəncam veriləndən sonra bilinəcək”.

Gözlənilən əfv mətbuatda "böyük əfv” adlandırılır. Millət vəkili də böyük masştablı əfvin gözləndiyini deyib: "Hər halda böyük masştablıdır, çox sayda məhbusun azad olunması nəzərdə tutulur”.

Əfv sərəncamının hansı gün üçün gözlənilməsi ilə bağlı sualı da komissiya üzvü "Bilmirəm, yəqin ki bahar bayramına ola bilər. Ola bilsin ki, bir az gecikə də bilər. Yəni bu, bizim bilgimiz daxilində deyil”,- deyə cavablandırıb.

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər