Gündəm
Gündəm / Siyasət
"Əfv sərəncamının nə zaman imzalanacağını..." - AÇIQLAMA
Artıq bir aydan çoxdur ki, Əfv Komissiyasının iclasları baş tutur. Əvvəl ki, illərdən fərqli olaraq növbəti Əfv Komissiyasının iclasları videoformatda qruplar halında keçirilir. Komissiya bir aya yaxındır ki, işinə başlayıb. Qarşıdan novruz bayramı gəldiyinə görə, əfv sərəncamının da bayram ərəfəsində verilməsi istisna deyil.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Hurriyyet.org-a bildirib ki, artıq 800-dən artıq müraciətə baxılıb:
"Bu günə kimi 800-dən artıq müraciətə baxılıb. Bu həftənin sonu Əfv Komissiyasının növbəti iclası baş tutacaq. Növbəti günlərdə də iclasımız gözlənilir. Əfv sərəncamının nə zaman imzalanacağını Prezident daha yaxşı bilər”.