Gündəm

"Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir" – Əliməmməd Nuriyev
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Siyasi məhbus” probleminin birdəfəlik həlli Azərbaycan hökuməti üçün vacib sayılır. Obyektivlik naminə, hakimiyyət bu yöndə ciddi addımlar da atır.
Hökumət dairələrində də artıq fikirlər səslənir ki, beynəlxalq təşkilatların siyasi dustaq adlandırdığı ictimai fəallar həbsdən buraxılmalı, məsələ kökündən həllini tapmalıdır.

Eyni zamanda yerli hüquq müdafiəçiləri siyasi məhbus probleminin hakimiyyətə zərərdən başqa heç bir xeyri olmadığını söyləyirlər.

Çünki onların həbsdə qalması ilə tənqidlər davam edəcək, beynəlxalq qurumlar bəyanatlar yayacaqlar.

Bu ilin martında 50-dən çox siyasi məhbus adlandırılan şəxslərin azadlığa buraxılması beynəlxalq təşkilatlar tərəfindən alqışlansa da, problem hələ də tam həll olunmayıb.

Belə məlumatlar var ki, hətta Nardaran işi üzrə tutulan "Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadənin də azad olunması istisna edilmir.

Obyektiv hüquq müdafiəçiləri hazırda çox az sayda məhkumun siyasi məhbus kriteriyalarına uyğun gəldiyini bildirirlər. Ancaq maraqlıdır ki, bəzi şəxslər bugünlərdə 119 siyasi dustaq olduğu barədə hesabatlar açıqladılar. Doğrudur, onların böyük əksəriyyəti islamçı məhbuslardır və bəzi hüquq-müdafiə təşkilatları dindarları öz siyahılarında göstərmirlər.

Bununla belə, istər-istəməz məsələ iqtidar üçün hər zaman arzuolunmazdır.

Belə iddialar da var ki, həbsdə olan şəxslərdən bəzilərinin azadlığa buraxılması mümkün hesab edilir, ancaq belə ehtimallar da var ki, onlar ölkəni tərk edərək dövlət və iqtidar əleyhinə radikal çıxışlar edə bilərlər. Bu səbəbdən həmin şəxslərin buraxılması yubanır.

Yəni onlara zəmanət yoxdur. Lakin bu yanaşma ilə hakimiyyət siyasi məhbus problemini kəsib ata bilməyəcək.

Mövzu ilə bağlı Prezident yanında Əfv məsələləri komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevlə danışdıq. Onun "Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda siyasi məhbusla bağlı məsələyə nöqtə qoyulmalıdır: "Biz də belə hesab edirik ki, bu problemin birdəfəlik həllinin vaxtıdır.  Ancaq problem ondan ibarətdir ki, ”siyahı"lar bitib-tükənmir. Görünür ki, bu məsələnin uzadılması kimlərəsə maddi gəlir mənbəyidir, kimlərsə bu yolla karyera qurur, hüquq müdafiəçisi olur. Ona görə də nə qədər siyasi məhbus problemi həll olunsa da, yəni bu "siyahı"larda onların sayı 100-dən aşağı düşmür".

Ə.Nuriyevin sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə mühüm addımlar atılır, müxtəlif siyahılarda adları gedən şəxslər barədə Əfv Komissiyasında müzakirələr gedir: "Sonuncu əfv fərmanı ərəfəsində 10-a yaxın QHT iştirak edirdi, müraciətlər olmuşdu və siyasi məhbus hesab edilən 52 nəfər azadlığa çıxdı. Bu yaxınlarda Bakıda səfərdə olan Avropa Şurasının prezidenti və məruzəçi ilə görüşdük, məsələləri onunla da müzakirə elədik. Həmin ”siyahı"larda siyasi fəaliyyəti olmayan fanatlar, cahilliyə, zorakılığa çağırış edənlərin adları var. Çünki bu "siyahı”lar həmin adamlara özünütəsdiq mənbəyidir. Onlar üçün siyahı bitməyəcək, gəlir mənbələrini əldən vermək olmaz, xarici səfər imkanlarını itirmək istəməzlər".

Onun dediyinə görə, Azərbaycanda insan haqları pozulmur desək yalan olar: "Bəzi məmurlar tərəfindən bu qanunsuzluqlara yol verilir. Lakin sistemli deyil, ayrı-ayrı məmurların işləridir. Bu mənada səylərimizi gücləndirməliyik”.

Ə.Nuriyev bildirdi ki, qanun pozuntusuna yol verən hüquq-mühafizə orqanı əməkdaşları da işdən azad olunurlar, cinayət məsuliyyətinə cəlb  edilirlər: "Məmurlar hələ başa düşmür ki, onların fəaliyyətinin mərkəzində vətəndaş dayanmalıdır. Məmurlar xidmətçi olduqlarını unudurlar.

Bu gün məhkəmə-hüquq sistemində islahatlar gedir, bu istiqamətdə də mühüm addımlar atılır. Məhkəmələrə etimad olması sürətli getməlidir".

Müsahibimiz ilin sonunda əfv fərmanı olub-olmayacağı barədə konkret bir söz demədi və prezidentin səlahiyyətində olduğunu vurğuladı.

Xatırladaq ki, avqustun 31-də "Azərbaycan Siyasi Məhbuslara Azadlıq” İttifaqı 117 nəfərin adı olan siyahı açıqlayıb. Bunun ardınca isə Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupu 119 nəfərlik siyahı elan edib.


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər