Dünya
Dünya
Türkiyə bu tələyə düşməməlidir - Ağar
Qəndil və YPG arasında fikir ayrılığının olması ilə bağlı məlumatlar yayılır. Bu məlumatlar Türkiyəyə qarşı tələdən ibarət ola bilər.
Mumtv.az bildirir ki, bunu terrorizmlə mübarizə üzrə mütəxəssis, məşhur türk hərbi ekspert Abdullah Ağar ölkə mətbuatına açıqlamasında deyib.
"PKK-nın YPG-dən ayrılması barədə fikir formalaşdıran xəbərlərə diqqət yetirmək lazımdır. Həm Türkiyə, həm də ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır. Ortada bir tələ var. Türkiyə bu tələyə düşməməlidir. Əli qanlı qrupları qanuniləşdirməyə çalışırlar. PKK-nın Türkiyə ilə bağlı bölücü və dağıdıcı siyasətini bilirik. Bununla mübarizə aparmalıyıq”, - ekspert bildirib.
(Axar.az)