Dünya

Əsədlə PKK yaxınlaşır: Türkiyəyə qarşı Menbiç “tələsi”? – Ağar
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Sülh çeşməsi” əməliyyatının "Zeytun budağı” və "Fərat qalxanı”ndan dərhal sonra baş verməməsi Ankaranın konyunkturanın, daha dəqiq desək, uyğun şərtlərin formalaşmasını gözləməsiylə əlaqədar idi.

MUMTV.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında türkiyəli hərbi ekspert, "Habertürk”ün hərbi strategiya üzrə məsləhətçisi Abdullah Ağar deyib.

"Bir çox parametr var idi. Ən uyğun zaman gözlənildi və buna görə də hazırlıq həyata keçirildi. Şərtlərin yetkinləşməsi və uyğunlaşması gözlənildi” – deyə o bildirib.

Çoxlu sayda dövlətin Türkiyənin Suriyada əməliyyat keçirməsinə qarşı olmasından bəhs edən ekspert bunun normal olduğunu deyib:

"Biz Türkiyə olaraq heç bir ölkəni qarşımıza almamışıq. Onlar bizim qarşımıza keçiblər. Yəni onlar öz mənfəətləri naminə istifadə etdikləri terror təşkilatını Türkiyə məhv etmək həmləsini ortaya qoyan kimi qarşımıza keçdilər. Bu da anlaşılan bir şeydir”.

Ağar qeyd edib ki, biz ölkəmizin parçalanmasından qorxduğumuz üçün Trampın sanksiyalarından qorxmuruq.

PKK-YPG-nin Əsədlə yaxınlaşmasına gəlincə isə Abdullah Ağar hazırda terror təşkilatının bu addımı özünü xilas üçün atdığını deyib:

"Bu əməliyyat PKK-nı çarəsiz buraxıb. ABŞ və Avropa terror təşkilatına nəzəri olaraq dəstək verir, amma hazırda ona praktik dəstək lazımdır. Praktik dəstəyi təklif edəcək yeganə yer də Əsəd rejimi və Rusiyadır. Bunun üçün terror təşkilatı onlara yaxınlaşır. Burada Türkiyə uduzmur. Belə etməklə Türkiyə YPG-PKK-nın iddiasını yox edir. Digər tərəfdən Əsəd rejimi də Türkiyənin üzərindən terror təşkilatının müstəqillik istəyini məhv etməyə çalışır. Bilinən tək şey odur ki, terror təşkilatıyla rejim bir-birinə nifrət edir. Bundan öncə YPG-PKK Suriyanı parçalamağa çalışırdı, amma indi terror təşkilatının bu həvəsi qalmayıb. İndi onlar sadəcə özlərini xilas etməyə çalışırlar”.

Ağarın sözlərinə görə, hazırda ABŞ-ın əlində olan Menbiç çox önəmli nöqtədir və ABŞ burada öz oyununu qurmağa çalışacaq:

"Burada üç ehtimal var: Birincisi, əgər ABŞ verdiyi sözü tutub, koordinasiyalı formada Menbiçdən çıxsa, Türkiyə bölgəyə hərəkət edəcək. İkinci ehtimala əsasən, ABŞ Rusiya ilə gizli razılaşma əldə edəcək. Əgər belə anlaşma olarsa, Menbiç Əsədə veriləcək.

Üçüncü ehtimal isə ABŞ-ın Menbiçdən koordinasiyasız çıxmasıdır. Bu, əsl tələdir. Əgər bu gerçəkləşsə, Türkiyə və Əsəd rejimi üz-üzə qalacaq. Bu zaman Türkiyə ilə birgə hərəkət edən sünni ünsürlərin yer aldığı Azad Suriya Ordusu ilə şiə milisləri üz-üzə gələcək ki, bu da bölgədə məzhəb savaşının fitilini alovlandıra bilər”.

O, həmçinin, Rusiya və Türkiyə arasında Suriyada toqquşmanın yaşanma ehtimalının az olduğunu bildirib:

"Rusiyanın torpaq ələ keçirmə refleksi iki ölkə arasında gərginliyə səbəb ola bilər, amma Kremlin geosiyasi baxışı bunu aşmağa kömək edəcək. Rusiya Türkiyənin formalaşdırmağa çalışdığı təhlükəsizlik bölgəsində dəlik yaratmağa çalışsa, bu, problem yaradacaq. Türkiyənin istəyi bütün istiqamətlərdən PKK-nın çıxarılmasıdır. İstər ABŞ, istərsə də Rusiya bu baxışı dəyişdirə bilməz”.

/Turkustan.info

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər