Gündəm

Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi:
"Bakıda qadınlar aksiyası keçirməklə dünyada bizi biabır edirlər. Ayıb deyil zınqırovları da bağlayıb deyirlər ki, bizim namusumuzu küçəyə qoyublar, qadınların öldürürlməsi siyasidir?! Heç görmüsünüz, hansısa qadın siyasi səbəbdən öldürülsün?! Bu yaşa gəlmişəm, Azərbaycanda hansısa qadının siyasi motivlə öldürülməsi faktı ilə rastlaşmamışam. Belə hadisələr qeyrət-namus üstündə, məişət problemləri zəminində, təəssüf ki, baş verə bilir, amma siyasi olduğunun şahidi olmamışam”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat iddiaların yalan olduğunu bildirib: "Bu qədər yalan olmaz, özümüz özümüzü bütün dünyaya biabr edirik. Axı biz həmişə təkcə müsəlman dövləti kimi yox, həm də sivil dövləti kimi maddi mədəniyyətdən, qeyrətdən danışırıq. Başa düşürük, gənclik illərində fəallıq yaxşıdır, amma özümüzü belə biabır etməli deyilik, ən böyük nemətimiz qızlarımızın ismətidir. Azərbaycan böyük bir ailədir, ailəni isə bu şəkildə pozmaq olmaz”.

E.Quliyevin sözlərinə görə, Azərbaycan xanımları bir sıra hüquqlar barədə narahatlıq keçirə bilərlər, amma nəzərə almaq lazımdır ki, bura Avropa deyil: "Bilirsiniz ki, əslən Bakı kəndindənəm, bizim tərəflərdə bunun üstündə adam öldürürlər. Bəs haradadır bunların valideynləri, ailə tərbiyəsi?! Mənim 70 yaşım var, 2 nəfər arasında söhbət edəndə qızarıram, bunlar necə utanmırlar?! Bir dəfə Fransada bir xanımla söhbətləşirdik. Xanım dedi ki, ailəlidir, müəllim işləyir. Soruşdum ki, bəs burda neynirsən? Dedi həftəsonları pul qazanmaq üçün gəlirəm. Yəni oralarda bu mövzular artıq adi hal kimi qəbul edilir. Bir daha təkrar edirəm, Azərbaycan qızlarının isməti bizim üçün çox önəmlidir”.

Qeyd: Feminist fəallar Bakının mərkəzində 8 Mart Qadınlar Günündə aksiya keçiriblər. Aksiyanın təşkilatçıları bu yürüşü keçirməklə İstanbul Konvensiyasının qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini tələb ediblər.
 


 
 
 

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər