Gündəm

Deputat Almaniyada özünü yandıran azərbaycanlı haqqında: "Azərbaycana dönərsə, guya nə baş verəcək?"
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

"Avropa ölkələrində özünü siyasi mühacir adlandırıb Azərbaycan əleyhinə fəaliyyət göstərən müəyyən siyasi qruplaşmalar, dəstələr Avropada hər hansı bir azərbaycanlının başına gələn istənilən hadisəyə siyasi don geyindirməyə çalışırlar".


DogruXeber.az xəbər verir ki, bu sözləri Yeniavaz.com-a Milli Məclisin deputatı Elman Nəsirov Almaniyada yaşayan Emil Bağırovun özünə qəsd etməsi ilə bağlı açıqlama verərkən deyib.


Xatırladaq ki, bu gün mətbuatda Sumqayıt şəhər sakini 34 yaşlı Emil Bağırovun Almaniyanın Hermefkeil şəhərində məskunlaşdığı qaçqın düşərgəsində üzərinə benzin tökərək özünü yandırması haqqında məlumat yayılıb. 


Məlumatda E. Bağırovun bu addımı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) tərəfindən sığınacaq istəyi rədd edildiyi üçün atdığı bildirilir.


E. Nəsirov buna səbəb kimi ictimaiyyətə sadəcə bir versiyanın təqdim edilməsinin birmənalı olmadığını bildirib: 


"Məsələdən məlumatsızam. Ancaq belə bir hal varsa bu araşdırılmalıdır. Araşdırılmalıdır ki, həmin şəxsi Almaniyada yaşadığı mühitdə belə addım atmağa nə vadar edib. Buna səbəb həmin adamın əqli problemləri də ola bilər, o mühitdə üzləşdiyi problemər də ola bilər, şəxsi həyatı ilə bağlı məsələlər və işsizlik də ola bilər. Ancaq fikir verin hazırda yeganə səbəb kimi sadəcə bu versiyanı bizə təqdim edirlər. Mən hadisə ilə bağlı bir neçə versiya üzərində iş getdiyi zaman bu hadisəyə obyektiv qiymət verərdim".


Deputat məsələnin bu cür təqdim edilməsinin anti-Azərbaycan dairələrin icad etdikləri yalan olduğunu iddia edib: 


"O ki qaldı Azərbaycana deportasiya məsələsinə, mənə elə gəlir ki, bəzi Avropa ölkələrində özünü siyasi mühacir adlandırıb Azərbaycan əleyhinə fəaliyyət göstərən müəyyən siyasi qruplaşmalar, dəstələr var. Onlar Avropada hər hansı bir azərbaycanlının başına gələn istənilən hadisəyə siyasi don geydirməyə çalışırlar. Məsələ araşdırılmamış, onun səbəb və motivləri rəsmi olaraq öz təsdiqini tapmamış, hüquq-mühafizə orqanları bununla bağlı yekun qərar verməmiş hadisəni bu cür qiymətləndirmək kökündən yanlışdır. Hesab edirəm ki, "Azərbaycana dönməmək üçün özünə sui-qəsd edib" ifadəsi süni şəkildə yaradılmış, həmin o anti-Azərbaycan dairələrin icad etdikləri yalandır. Ağlı başında olan normal insan belə bir addım atmaz. Bu məsələyə siyasi don geydirmək cəhdi var".


E. Nəsirov bildirib ki, Azərbaycan bu gün sabitlik və təhlükəsizlik baxımından bir çox Avropa ölkələrindən üstündür: 


"Azərbaycana dönərsə guya nə baş verəcək? Azərbaycan inkişaf etməkdə olan və regiondakı ən sabit, təhlükəsiz dövlətdir. Hesab edirəm ki, sabit, təhlükəsiz və hədəfləri olan, inkişafda olan bir müsəlman ölkəsinə qarşı təəssüf ki, bir çox hallarda sapı özümüzdən olan baltalar mübarizə aparırlar. Azərbaycan bu gün sabitlik və təhlükəsizlik baxımından bir çox Avropa ölkələrindən üstündür. Belə hallara siyasi don geydirmək həmin o insanın ruhuna hörmətsizlikdir. Həmçinin belə faktlardan Azərbaycan əleyhinə istifadə etmək cəhdidir. Azərbaycan cəmiyyəti, xalqımız belə yanaşmaları qəbul etmir".

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər