Gündəm

999 azərbaycanlı Almaniyadan sığınacaq istədi
 
 
 
 
 
 
 
Qaçqın statusu almaq istəyən 999 azərbaycanlı Almaniya hökumətinə müraciət edib. Bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin cari ilin ilk 6 ayına dair məlumatında deyilir.

Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev Oxu.Az-a bildirib ki, başçılıq etdiyi hüquqi firma sözügedən federal idarəyə sorğu göndərib.

Məlum olub ki, sözügedən şəxslərdən 706 nəfəri status üçün birinci, 293 nəfəri isə ikinci dəfə müraciət edib. Göstərilən dövr ərzində azərbaycanlıların qaçqın statusu üzrə müraciətləri ilə əlaqəli 1400 qərar çıxarılıb.

Qərarlara əsasən, altı nəfər sığınacaq, 46 nəfər isə qaçqın statusu alıb. "Qaçqın statusu haqqında” qanunun 41-ci paraqrafına əsasən, 15 nəfərin subsidiar (yardımçı) müdafiəsi üzrə müsbət qərar qəbul olunub. Azərbaycana deportasiyanı qadağan edən hallarla əlaqədar "Almaniyada yaşamaq haqqında” qanunun 60-cı paraqrafının beşinci və yeddinci hissələrinə əsasən, yeddi nəfərə müvəqqəti qalmaq icazəsi verilib. Bununla da 74 azərbaycanlı altı ay ərzində Almaniyada müvəqqəti qalmaq üçün icazə alıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, müraciət etmiş 768 nəfərə qaçqın statusu verilməyib. 558 azərbaycanlının müraciəti isə baxılmadan qaytarılıb. Bura vətəndaşların "Dublin razılaşması”na əsasən digər ölkələrə göndərilməsi halları da daxildir. Bu isə o deməkdir ki, 1400 nəfərdən 1326-sı müxtəlif formada imtina cavabı alıb.

Hüquşünas bununla əlaqədar həmyerlilərinə əsaslı hazırlıq olmadan Almaniyada yaşamaq planları qurmamağı tövsiyə edib.

Qeyd edək ki, 2015-ci ildə Almaniya təqribən 1 milyon qaçqın qəbul edib. Həmin il Almaniyaya gələn qaçqınların üçdə biri 2018-ci ilin payızınadək iş tapıb.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər