Gündəm

İcra başçısı yaralı əsgərin evinə 50 manat göndərdi - Goranboyda rüsvayçılıq... -VIDEO


 
 
 





Goranboy rayon icra başçısı Məhərrəm Quliyev 44 günlük Vətən müharibəsində özünü elə biabır etdi ki, bütün camaat ondan danışır.

İcra başçısı "əhdinə” sadiq qalaraq müharibə dayanana qədər fəaliyyət yönünü dəyişmədi. M.Quliyev saymazyana hərəkətləri ilə rayonda böyük ictimai qınaq qazandı. Amma ondan narazı təkcə sakinlər deyil.
Gundemxeber.az-ın məlumatına görə, Vətən müharibəsinin igid döyüşçüləri arasında olan bir goranboylu əsgər də səsini qaldırıb.
"Yalan danışmaqdan bezmədiniz?”

Rayonun Nərimanlı kənd sakini olan Ələkbərov Aqil hospitaldan yaydığı müraciətində bildirib ki, evin tək uşağıdır, döyüşlərə könüllü qoşulub.
Onun sözlərinə görə, Füzulidə, Ağoğlanda (Hadrut), Qırmızı bazarda və bir çox ərazilərdə düşmənə qarşı vuruşub. A.Ələkbərov deyib ki, döyüşlərin birində yaralanıb və hospitala yerləşdirilib.
Video çıxışında qazimiz qeyd edir ki, ailəsinin üzləşdiyi çətinliklə, sosial problemlərlə bağlı icra başçısını müavini Ceyhun Həsənovla əlaqə saxlayıb. Başçı müavini söz verib ki, onun ailəsi ilə maraqlanacaq.
A.Ələkbərov növbəti dəfə ailəsinə zəng edəndə öyrənib ki, Goranboy İH tərəfindən onlara cəmi 50 manat yardım olunub. Qarabağ döyüşçüsü soruşur ki, 50 manatla necə yaşamaq olar:
"Zəng etdim ki, Ceyhun müəllim, evdə vəziyyət pisdir. Dedi maraqlanarıq. Səhərisi aparıb 50 manat veriblər. 50 manatla ailə saxlaya bilərsiniz? Yalan danışmaqdan bezmədiniz?”
Bu da fakt. Goranboy İH hələ də susur. Bunu hansısa aztəminatlı ailə demir, Vətən üçün canından keçən, yaralanan bir gənc əsgər söyləyir.
Budurmu qaziyə hörmət? Budurmu Qarabağı azad edən hərbçinin ailəsinə qayğı? O ailə tək uşağını orduya könüllü göndərib ki, Məhərrəm Quliyev bu ölkədə rahat yaşasın, müharibə gələcək nəsillərə qalmasın.
İcra başçısı yaralı əsgərin evinə 50 manat göndərdi - Goranboyda rüsvayçılıq... -VIDEO



 
 
 










maraqlansın, problemlərinə həssaslıq göstərsin, hər hansı çətinlikləri varsa, həll etsin. Amma bu sözləri kimə deyirsən?!
Goranboyun ermənilər tərəfindən atəşə tutulan kəndlərinə, yaşayış məntəqələrinə bir dəfə ayaq basmayan, sakinlərə ürək-dirək verməyən icra başçısından qazi ailəsinə qarşı hansı diqqəti gözləmək olar ki?
Amma məsələ budur ki, guya Goranboy İH rəhbərliyi Ələkbərovun ailəsinə yardım göndərib. Əslində 50 manat verməklə qazini aşağılayıb.
Halbuki icra başçısı kabinetindən çıxmalı, Nərimanlı kəndinə getməli, Vətən müharibəsinin qəhrəmanlarından birinin ailəsi ilə görüşməli, belə vətənpərvər övlad yetişdirdikləri üçün onlara minnətdarlıq etməli, ehtiyaclarını qarşılamalı idi.
Hətta bunu piara çevirə, mətbuatda ictimailəşdirə bilərdi ki, dövlət rəhbərliyi yerli icra orqanlarının müsbət fəaliyyətini görsün.
Ancaq bunu kimə deyirsən, deputatı şəhid ailəsinə duş geli göndərəndə, icra başçısı da qazi evinə 50 manat dilənçi payı göndərər də...
Gundemxeber.az məlumat verir ki, bütün bu tənqidlərdən nəticə çıxarmalı olan Goranboyun icra başçısı Məhərrəm Quliyev tam tərsinə gedir. O, həqiqətləri qəbul etmək, nöqsanları aradan qaldırmaq yerinə tənqidçi medianın üzərinə hücuma keçir.
Daha əvvəl bir ağzı söyüşlü qadını təlimatlandırıb üstümüzə göndərən icra başçısı bu dəfə İH-də çalışan bir nümayəndəni qabağa verib. Həmin şəxsin adını belə çəkməyə lüzum görmürük.
O, feysbuk hesabından təhqirlər yağdırır, icra başçısı üçün qulbeçəlik edir, mətbuatı fahişə adlandırır. Qoy olsun, bu cür adamlar həqiqətin qarşısında aciz qalanda söyüşə, təhqirə əl atırlar.
Bütün bunlar göstərir ki, Prezidentin Goranboya təyin etdiyi məmur yerində deyil, layiq də deyil, dövlətin siyasi kursundan uzaqdadır.
M.Quliyev nə yerli sakinlərlə, nə şəhid, qazi ailələriylə, nə də mətbuatla işləməyi bacarır. Onun davranışları söyüş, hədə-qorxu gəlmək üzərində qurulub. Bu isə idarəetmədə yolverilməzdir.
Ümumiyyətlə, Vətən müharibəsində qazandığımız böyük qələbədən sonra ölkədə müsbət mənada dəyişikliklərə şahid olacağıq. Bu yeniliklər həm də yerli idarəetmə strukturlarında öz əksini tapacaq.
Qalib ölkənin, qalib Ordunun, qalib dövlətin icra orqanları daha yaxşı kadrlardan təşəkkül tapmalıdır ki, bölgələrdə vətəndaşlarla təmas normal səviyyədə qurulsun.
Məhərrəm Quliyev isə atəş altında olan kəndlərə baş çəkmədi, kənd sakinləri ilə görüşmədi, hansısa bir insanın evində çay içmədi, mənəvi dəstək olmadı.
O, xidməti avtomobili ilə işə gedir, İH-dəki otağına daxil olur, nahar vaxtı restorana üz tutur, az sonra işə qayıdır və axşam saatlarında isə evinə yollanır. Belə məmurdan xalqa, dövlətə və prezidentə nə fayda?
Onun əlindən gələn yeganə bacarıq tənqidlərimizin qarşılığında İH-dəki işçilərini, ağzı söyüş tutan qadınları üstümüzə yollamaqdır.
Amma biz daha əvvəl də söyləmişik - mətbuatın missiyası informasiya yaymaqdır.
Əgər Goranboy icra başçısının yaydığımız informasiyalara iradı varsa, bölüşmürsə, açıqlama versin, aydınləq gətirsin, biz də mövqeyini dərc edək.
Faktiki hərbçimiz ailəsinə göndərilən 50 manatla bağlı İH-ni biabır edir, M.Quliyev isə etdiyi əməldən xəcalət belə çəkmir.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər