Gündəm

Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma... Video/Foto


 
 
 
 



İllərdir yağı düşmən tapdağı altında inildəyən müqəddəs torpaqlarımız axır ki,öz azadlığına qovuşdu. Bəli,azadlıq ifadəsi asan deyilir,amma onu əldə etmək heç də asan başa gəlmir. Azadlığı əldə etmək üçün,insan şirin canından,qanından keçməyi bacarmalıdır. Bunu isə yalnız qeyrətli,şücaətli,namuslu və cəsur insanlar edə bilərlər. Bəs görəsən kimlərdir o qeyrətli oğullar? Bu sual çoxlarını düşündürdüyü üçün,sosial şəbəkə üzərindən kiçik bir araşdırma aparmaq qərarına gəldik. Bu gün sona varan araşdırmalarımızın nəticələrini sizlərlə bölüşməyi qərara aldıq. Odur ki,yaxın oturun həmsöhbət olaq. 

Bəli,əvvəldə də söylədiyimiz kimi,illərdir yağı düşmən tapdağı altında olan müqəddəs,tarix,əzəli və əbədi torpaqlarımız,axır ki,qeyrətli,qüdrətli,cəsur,namuslu,dürüst və halalzadə oğullarımızın sayəsində azad edildi. Yaxşı-yaxşı diqqət edin ki,halalzadə cümləsi əbəs yerə qeyd olunmayıb. Qeyd etdiyimiz kimi, "DogruXeber" informasiya agentliyi olaraq apardığımız araşdırmaların yekun nəticəsində məlum oldu ki,vətən müharibəsində döyüşən igidlərimizin 99.99%  sadə,kasıb,fəqir və yoxsul ailələrin övladlarıdır ki,bu gün öz şirin canlarından,qanlarından keçərək,vətən uğrunda şəhid,qazi olublar. Bəli,düz eşitdiniz,o şəxslərin evladlarıdır ki,yedikləri ruzi halal nemət olmuşdur. Məhz o halal nemətin nəticəsidir ki,canında,qanında tüğyan edən vətən,millət və dövlət sevgisi onları bu cəsur addımı atmağa şövq etdirmişdir.

Amma çox əfsuslar olsun ki,dövlətin sərvətini,millətin haqqını və vətənin səfasını mənimsəyən,yüksək çinli məmurlar,"xod" gedən müğənnilər,xırda məmurlar və nəhayət İcra başçılarının övladlarıdır ki,,nədənsə bu döyüşlərdən kənarda qalıblar. Görəsən bunun səbəbi nədir? Əlbəttə ki,bunun müxtəlif səbəbləri var. Amma mən hesab edirəm ki,bunun ən başlıca səbəblərindən biri,haram ruzi ilə qidalanmalarıdır. Bu məsələnin bir tərəfi,keçək məsələnin digər tərəfinə.Hamıya yaxşı məlumdur ki,ölkə Prezidenti,Silahlı qüvvələrin Ali Baş Komandanı,müdrik siyasətçi,yenilməz sərkərdə cənab İlham Əliyev atdığı qələbə imzası tarixin ən üstün imzalarından biridir. Ölkə başçısının bu cür müdrik siyasətinin nəticəsində həm ölkənin ərazi bütövlüyü təmin edildi,həm də Naxçıvan Muxtar Respublikasına avtomobillə gedib gəlmək problemi öz həllini tapmışdır. Bu isə qələbə üstündən qələbə qazanmaqdır ki,bunu da cənab Prezident uğurla həyata keçirdi.

Bu cür yüksək qələbələr xalqın sevincini coşduraraq,dövlətə yaxın olmalarını daha da gücləndirir. Təəssüflər olsun ki,daxildə bəzi dövlət qurumları var ki,səhlənkarlıqları,məsuliyyətsizlikləri və özbaşınalıqları bir çox hallarda bu sıx birləşmələrə qarşı səbəb olurlar. Bir neçə gün öncə sosial mediada Goranboy rayon İH-nin başçısı Məhərrəm Quliyev haqda dərc olunmuş yazı diqqətimizi olduqca özünə cəlb etdi. Belə ki, "Gündemxeber.az" saytı yazır ki,düşmənlə həmsərhəd olan rayon sakinlərinə rayon rəhbərindən heç bir mənəvi dəstək olunmur. Hətta başçının kabinetindən bayıra çıxmadığı da qeyd olunmuşdur. Çox maraqlıdır,nə üçün bu cür həssas məqamlarda rayonun səlahiyyətli şəxsləri rayon sakinlərinə mənəvi dəstək vermirlər? 
Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma... Video/Foto


 
 

 
 

















Əslində bu cür halların baş verməsi bizim üçün bir o qədər təəccüb doğurmur. Çünki bu və ya digər formada "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına çox sayda müraciətlər daxil olmuşdur. Bir sözlə demək istəyirik ki,bu cür xəbərlər bizim üçün heç də yeni xəbər deyildir. Amma burada əsas bir fərq var ki,hazırkı vəziyyət əvvəlkindən olduqca həssas və ağırdır. Belə ağır və həssas məqamlarda cəbhədə hər an ölümlə üz-üzə duran əsgər və zabitlərimiz dövlətə əmanət etdikləri ailələrindən və onların yaxşı yaşayışlarından o qədər arxayın və əmin olmalıdırlar ki,döyüşə olan ruhiyyələri,bir o qədər də yüksəkdə olsun. Amma Goranboy rayonunda bu əminlik və arxayınlıq təmin olunmur. Məhz bu səbəbdəndir ki,cəbhədə döyüş zamanı yaralanaraq Hospitala yerləşdirilən Goranboy rayon Nərmanlı kənd sakini Ələkbərov Aqilin,sosial şəbəkələrdəki çıxışı cəmiyyətdə olduqca rezonans doğurub. 

Yaralı əsgər ailəsinin maddi vəziyyətinin ağır olması ilə əlaqədar rayon İH-nin müavininə zəng vurub ailəsinə yardım etməsini bildirib. Rayon rəhbəri isə ailənin çətin durumdan çıxması üçün,50 azn pul yardım edib. Bu isə yaralı əsgərin narazılığına səbəb olmuşdur. Təqdim etdiyimiz videoçarxda tam ətraflı izləyə bilərsiniz. 
O ki,qaldı Goranboy rayon icra başçısı M.Quliyevin rayon sakinlərinə qarşı ögey münasibətdə olmasına,açıq şəkildə deyə bilərik ki,bucür hallar ölkə prezidentinin göstərdiyi etimada xəyanətdən başqa bir şey deyildir. 

Bir məsələni də nəzərinizə çatdırmaq istəyirik ki,mətbuatda Goranboy rayon İH-i haqda gedən mənfi xarakterli yazılarla bağlı rayon sakinləri arasında bəzi vətəndaşlar icra başçısını özlərinə məxsus tərzlə "müdafiə" ediblər. Təqdim etdiyimiz videorolikdə maraqlı və xoş olmayan səs yazısını olduğu kimi sizlərə təqdim edirik. 

Son olaraq bir məsələni də diqqətinizə çatdırmaq istəyirik ki,icra başçısını "müdafiə" edənlər arasında,hətta icra orqanında çalışan Murov adlı şəxs də yer almışdır. O isə hakimiyyətin IV qolu hesab edilən mətbuat nümayəndələrinə özünə məxsus mövqe sərgiləmişdir. Bəli,indi sizə təqdim etdiyim bu ifadələr məhz Murov "bəyə" məxsusdur.
Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma... Video/Foto













 
 
 
 

 
 





"DogruXeber.az"

Redaksiya məqalədə qeyd olunanların söz haqqını tanıyır:

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər