Gündəm


Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə uyğun olaraq, YAP sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.

Ümumiyyətlə, hakim partiyanın son qurultayı həm də YAP sədrinin I müavini postunun yaradılması ilə yadda qaldı. Musavat.com xəbər verir ki, I Vitse-Prezidentin YAP rəhbərliyində önəmli posta gətirilməsi ilə partiyanın işində yeni nəfəs olacağı gözlənilir.

M.Əliyevanın ölkənin ictimai-siyasi həyatında tutduğu mövqenin, aktiv fəaliyyətin YAP-da Sədr müavini vəzifəsində də davam etdirəcəyi, hakim partiyanın işinə yeniliklər gətirəcəyi proqnozlaşdırılır.

Bəzi təhlilçilərin fikrincə, iqtidar partiyasının rəhbər vəzifələrindən birinə xanım siyasətçinin təyin olunması təşkilatın işində öz fərqli təsirlərini göstərəcək.

Bəs siyasətçilərin xanım siyasətçidən partiya işində gözləntiləri nədən ibarətdir? Mehriban Əliyevaya YAP Sədrinin I müavini vəzifəsinin həvalə olunması hansı nəticələr verə bilər? Qadınların siyasətdə rolunun güclənməsi Azərbaycana nələr vəd edir?

YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov Musavat.com-a açıqlamasında əvvəlcə, Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi.

O, qeyd etdi ki, ilk növbədə şəhid anaları qarşısında baş əyir, çünki onların yetişdirdiyi övladlar vətən üçün canlarından keçiblər, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq göstəriblər.

YAP-ın qurultayında dəyişikliklərə, M.Əliyevanın Sədrin I müavini vəzifəsinə təyin olunmasına gəlincə, E.Nəsirov bildirdi ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisidir. Onun sözlərinə görə, Mehriban Əliyevanın - bir xanım siyasətçinin yüksək vəzifəyə təyinatı da bunu bir daha sübut edir.

Onun fikrincə, qərar Azərbaycanda demokratiyanın təntənəsidir: "Bu təyinat bir daha onu göstərir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisidir.

Müsəlman Şərqində ilk dəfə qadına səsvermə hüququ məhz Cümhuriyyətçi kişilərin idarəçiliyi dövründə olub.

Bu gün cümhuriyyətin varisi olan Azərbaycan Respublikası da xanım siyasətçini I Vitse-Prezident vəzifəsinə qaldırıb, həmçinin YAP Sədrinin I müavini postuna yüksəldib”.

Deputat hesab edir ki, M.Əliyeva ilə bağlı qərar çox əhəmiyyətli təyinatdır: "Mehriban xanımın Azərbaycanın ictimai-siyasi, humanitar həyatında əvəzsiz xidmətləri var.

Eyni zamanda partiyada İdarə Heyətinin üzvü, sonra sədr müavini olub, parlament fəaliyyəti göstərib, həmçinin UNESCO və İSESCO-da xoşməramlı səfir kimi çalışıb, ən əsası isə xalqın sevimlisinə çevrilib.

Hesab edirəm ki, Mehriban Əliyevanın YAP-da I müavini təyin olunması ilə partiyanın nüfuzu, qərarların icrasında dinamizm, çeviklik yüksələcək, Cənubi Qafqazın ön böyük partiyasının daha da inkişafına xidmət edəcək”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Musavat.com-a bildirdi ki, qadınların siyasətdə aktiv rolunu hər zaman dəstəkləyir.

Onun sözlərinə görə, bu, Azərbaycan xalqının dəyəridir: "Azərbaycan türk-islam dünyasında həmişə bu mənada seçilib, lider olub.

Hər peşədə, hər bir istiqamətdə Azərbaycan qadınları tarixən qabaqcıl olublar, hətta ilk hərbçi qadın da azərbaycanlı qadındır. Bu, Azərbaycan xalqının böyük dəyəridir”.

A.Mollazadə qadınların cəmiyyətdə rolunun güclü olmasının, idaretmənin bütün formalarında onların fəal iştirakının, vəzifələr tutmasının tərəfdarıdır: "Bu, ölkənin inkişafına müsbət tendensiya gətirə bilər.

Ona görə Azərbaycan qadınlara səsvermə hüququnda tək müsəlman Şərqində deyil, bir sıra Avropa ölkələrindən, ABŞ-dan irəlidədir. Bu mənada Azərbaycan xanımlarının bütün sahələrdə liderliyi ölkənin inkişafına səbəb ola bilər”.

"Azəri Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki, Azərbaycan qadının siyasətdə və dövlət idarəçiliyində ön sıralara çəkilməsi bir qadın olaraq, onların ürəyincə olan hadisədir.

T.Rüstəmxanlının fikrincə, M.Əliyevanın YAP-da mühüm vəzifəyə təyin olunması təqdirəlayiq addımdır, sevindirici haldır:

"Mehriban xanımı təbrik edirik. İnanırıq ki, YAP-ın sədrinin I müavini təyin olunması Azərbaycan siyasətində yeni nəfəs gətirəcək. Çünki siyasətimizdə bir qadın əlinin olmasına ehtiyac var”.

T.Rüstəmxanlının sözlərinə görə, Azərbaycan qadınları həmişə M.Əliyevanın fəaliyyətini özləri üçün örnək sayırlar: "Ona görə gözəl bir addımdır, dəqiq və zamanında verilmiş qərardır. Mənə elə gəlir ki, bu təyinat siyasətimizdə yeni mərhələnin başlanması olacaq.

Bu baxımdan təkcə YAP-da yox, digər partiyalarda da qadınlara inanmaq, güvənmək, onları ön sıralara çəkmək lazımdır.

Odur ki, Mehriban xanımla bağlı qərar idarəçilikdə mühüm addımdır, biz onun fəaliyyətini illərdir izləyirik, bəyənirik, onun partiya fəaliyyəti digər xanımlara da örnək olacaq”.
Musavat.com
 

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər