Gündəm


"Azərbaycan Avropa Şurasına daxil olanda öhdəliklərdən biri cinsi azlıqlara qarşı dözümlülük nümayiş etdirilməsi idi. Buna qəti etiraz etdim. Bildirdim ki, Azərbaycanın milli adət-ənənələri var, bu öhdəliyi qəbul edə bilmərik. Buna baxmayaraq, Azərbaycanın Cinayət Məcəlləsindən 113-cü maddəni çıxardılar. Eyni cinslilərin münasibətinə, evliliyinə razılıq verməyimiz mümkün deyil. Zaman-zaman bu məsələ müzakirə olunub. Cinsi azlıqlar Tbilisi prospektində Avropa otelinin qarşına toplaşırdılar, müəyyən tədbirlər keçirirdilər. Bunlar bizim üçün bir bəladır. Hələ o zamanlar cəmiyyətdə etiraz güclü idi. ABŞ-da Demokratlar Partiyası hakimiyyətə gəlib, onlar milli azlıqlarla yanaşı, cinsi azlıqların da idarəçilikdə təmsil olunmasına çalışırlar, qarşılarına proqram qoyublar. Cinsi azlıqların nümayəndələri bəzi Avropa dövlətlərində böyük kürsülərdədir. Məsələn, Baş nazir, nazirlər var. Roma imperiyası məhz əxlaqsızlıqdan dağıldı. Cəmiyyət o qədər deqradasiya olundu ki, imperiya məhv oldu. Azərbaycan cəmiyyətində buna qarşı müqavimət həmişə olacaq. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, mənəvi dəyərlərimizi göz bəbəyimiz kimi qoruyuruq. Nə qədər ki deputatam, cinsi azlıqlarla bağlı məsələyə etiraz edəcəm, hətta üsyana qalxaram, hər şeyə dözmək olar, buna isə yox. Gözləmək lazım deyil ki, bu cür küləklər Azərbaycanda da əssin, elə yerindəcə boğmaq lazımdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, mənəviyyat Azərbaycan xalqının ən böyük keyfiyyətidir: "Xatırlayıram, 40-45 il öncə Rusiyada olanda, bizə deyirdilər ki, Sizdə nə qədər böyüyə hörmət və ehtiram, namus, qeyrət var... Ruslar və digər xalqlar bizə qibtə edirdilər. Bu sərvətimizi qoruyub saxlamaq lazımdır. Cəmiyyət bu məsələdə bölünüb. Təəssüf edirəm ki, Qərbin təsirlərinə etinasız yanaşırıq. Bu məsələni başlı-başına buraxmaq olmaz. 1990-cı ildə Azərbaycan Ali Sovetində ilk çıxışım Mənəviyyat və əxlaq polisinin yaradılması ilə bağlı idi. Düzdür, məni dəstəkləyən oldu, "hər şeyi öz axarına buraxmaq lazımdır” deyənlər də var idi. Sosializm hər şeyi qadağan edirdi, pisi də, yaxşını da. Yalnız öz ideyasını əsas götürürdü. Kapitalizm isə hər şeyə icazə verir. Pisin qarşısını almaq mümkün deyil, böyüyə bilər. Doğrudan da, mənəviyyatsızlıq çox ciddi şəkildə intişar tapdı, indi də o tendensiyanın davamlılığını görürük. Cəmiyyətə şəxsi nümunələr göstərilməlidir. Qadın və kişilər abırlı geyinməlidirlər, nə çadra örtün, nə də çılpaq gəzin. Nənələrimizin, babalarımızın yolu var, o yolla getməliyik”.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər