Gündəm

Partiya sədrləri peyvənd olundular,
Bakıda siyasi partiyaların nümayəndələrinin koronavirusa qarşı vaksinasiyası aparılıb.

Modern.az xəbər verir ki, siyasi partiyaların nümayəndələrinin vaksinasiyası M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında gerçəkləşib.

Partiya sədrləri vaksinasiyadan sonra özlərini yaxşı hiss etdiklərini söyləyiblər.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edib:

"Mütəxəssislər xəstəliyə qalib gəlməyin yolu kimi peyvənd olmağı məsləhət görürlər. Ona görə də hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah düşərli olar".

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hər kəsə peyvənd olunmağı məsləhət görüb:

"İxtisasca həkim olan şəxs kimi deyə bilərəm ki, hər kəs vaksin olunmalıdır. Biz yalnız vaksin olunmaqla özümüzü, yaxınlarımızı və digərlərini xəstəlikdən qoruya bilərik. Ona görə də hamıya peyvənd olunmağı tövsiyə edirik. Hər kəs əmin olsun ki, peyvənd tam təhlükəsizdir".

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz:

"Bütün vətəndaşların peyvənd olunması zəruridir. Azərbaycan dövləti əhalinin sağlamlığının qeydinə qalaraq, əhalini, o cümlədən siyasi partiyaları vaksinasiya prosesinə cəlb edib. Hər kəs peyvənd olunmalıdır ki, virusa yoluxma sayında 0 rəqəminə nail ola bilək".

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov xatırladıb ki, koronavirus bütün dünya üçün bir bəladır, bu bəladan qurtulmağın yolu vaksinasiyadır:

"Azərbaycan olaraq bizi çox böyük uğurlar, qələbələr gözləyir. Bunun üçün virusa qalib gəlməli, sağlam olmalıyıq. Prezidentə təşəkkür edirəm ki, siyasi partiyaların nümayəndələri üçün də belə şərait yaradılıb".

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Bu günə qədər 200 mindən çox vətəndaş peyvənd olunub.

Son xəbərlər

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Bütün xəbərlər