Gündəm
Gündəm / Siyasət
Demarkasiya prosesi Naxçıvan sərhədlərini də əhatə edəcək - AÇIQLAMA
Ermənistan təkbaşına öz maraqlarını irəli sürməyə qadirdir və bunun ən böyük nümunəsi demarkasiya prosesidir.
"MUMtv.az" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Onun sözlərinə görə, nəticədə Ermənistan konkret ərazidə dövlət sərhəddi əldə edib.
Papoyan demarkasiya və delimitasiya danışıqlarında dövlətlərin irəlidə olduqları ərazilərdən çıxması məsələsinin mütləq müzakirə olunacağını açıqlayıb: "Bu gün, sabah və ya iki ildən sonra hansı mərhələyə çatacağımızı deyə bilmərəm, lakin demarkasiyadan danışanda bu, şimal-şərqdəki ən yüksək nöqtədən cənub-şərqdəki ən aşağı nöqtəyə qədər, daha sonra Naxçıvanın bütün sərhədini nəzərdə tutur. Ermənistan Respublikasının dövlət sərhədinin bütün məsələləri müzakirə olunmalıdır".