Gündəm

DİN 70 vakansiya elan etdi - VİDEO

Daxili İşlər Nazirliyinin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

"MUMtv.az" xəbər verir ki, vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə  bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir. 

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini “hüquqşünaslıq” ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il noyabr ayının 01-dən 30-dək http://www.mia.gov.az ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər. 

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir. 

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi; 
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün). 

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır. 

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az Veb saytında yerləşdirilmişdir.  

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-80-66; (012) 590-94-12; 

(012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52



Son xəbərlər

Azərbaycandan Avropaya qaz ixracatı artıb

İcra başçısının qardaşına yeni vəzifə verildi - FOTO

"İrəvan Bakıya sülh müqaviləsinə görə təkliflər paketi göndərib" - Ermənistan XİN

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirildi

Xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb

Qış aylarında immuniteti gücləndirən 6 qida

Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO

Xaçmazda "TAXT-TAC OYUNLARI"...

DİN 70 vakansiya elan etdi - VİDEO

Yuxusuzluqla necə mübarizə aparmaq olar?

Bu ərazilərdə qaz OLMAYACAQ

Bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - Rövzət Qasımov açıqladı

“Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab... - Və ya Fuad Nəcəfliyə bir neçə sual

"İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb

28 "Qremmi" mükafatı laureatı vəfat etdi

Simonyan Ermənistanın COP29-da iştirakından DANIŞDI

Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır

Bu regionalın müdiri "qaz vurub, qazan doldurur" - "Ölü canlar"dan danışırıq

DSMF universitetdən 1,3 milyon manata ofis icarəyə götürüb

Azərbaycan İranla birgə hərbi təlimlərə başlayır

Prezident və xanımı COP29-la bağlı yaradılan şəraitlə tanış olub

Başçı Goranboyda hər kəsi bezdirib... - AXI NİYƏ?..

DYP-dən COP29-la bağlı MÜRACİƏT

Tarixi məhkəmə – Xalqa müraciət

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)-VİDEO

Elektromobil almaq üçün iki əsas şərt - Nələrə diqqət edilməlidir?

İndoneziyada vulkan püskürdü - Ölənlər var

Bəzi rayonlara qar yağır

İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub

ÜST-dən vərəmlə bağlı xəbərdarlıq — Rekord yoluxma

Gerçəkləşən 7 tarixi PROQNOZ

Bütün xəbərlər