Gündəm

Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab... - Və ya Fuad Nəcəfliyə bir neçə sual

MUMtv.az: - Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xidməti avtomobili olan “Mercedes-Benz S 500” markalı bahalı maşın Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin balansına verilib.

Qeyd edək ki, ciddi bir funksiyası olmayan nümayəndəliyin balansında hazırda bir ədəd “BMW”, bir ədəd “NAZ-Lifan” markaları avtomobil var. Cəmi 7-8 aktiv işçisi olan daimi nümayəndəliyə 3-cü, özü də bahalı avtomobilin verilməsi başadüşülən deyil.

TNS Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə bu məsələ ilə bağlı sorğu göndərib və aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunub:

“İddia olunur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xidməti avtomobili olan “Mercedes-Benz S 500” markalı avtomobil Naxçıvanın Bakı şəhərindəki Daimi Nümayəndəliyinin balansına verilib. Bu, doğrudurmu? Əgər bu məlumat doğrudursa, daimi nümayəndəliyə bu qədər bahalı avtomobilin verilməsini nə ilə izah edirsiniz?
Niyə Ali Məclis sədrinin müavinləri nisbətən daha ucuz xidməti avtomobillə təmin olunub, daimi nümayəndəliyə isə daha bahalı və lüks avtomobil verilib?
Cəmi 6-7 nəfər aktiv işçisi olan nümayəndəliyə bu qədər bahalı avtomobilin verilməsi hansı zərurətdən doğub?

Ali Məclisin sədri seçiləcəyi təqdirdə Ali Məclisin balansında ali vəzifəli şəxsin istifadə edə biləcəyi avtomobil varmı?”

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi TNS-in sorğusuna cavabında faktı təsdiqləyib. Ali Məclisdən bildiriblər ki, qeyd olunan məsələ qurumun daxili işidir.
Ali Məclisin sabiq sədri Vasif Talıbov da məhz belə edirdi. Qanunsuz qərarlar qəbul edir və deyirdi ki, bu, bizim daxili işimizdir, heç ki bizim işimizə burnunu soxa bilməz. Vasif Talıbovun belə absurd qərarlarına görə necə cəzalandırıldığını bütün Azərbaycan xalqı gördü.

İndi isə keçək Ali Məclisin daxili işinə. Həmin bahalı avtomobil dövlət vəsaiti hesabına alınıb və qurumun vəzifəli şəxsləri ondan kefi istədiyi kimi istifadə edə bilməz. İndi dövlətin hansısa əmlakından, bahalı avtomobilindən kiminsə ailəsi öz şəxsi məqsədləri üçün istifadə edəcək, siz də deyəcəksiniz ki, gedin işinizlə məşğul olun, bu, bizim daxili işimizdir?

Deyəsən, Naxçıvan Ali Məclisində sorğuları başa düşəcək vəzifəli şəxs yoxdur. Ali Məclis həmin bahalı avtomobilin Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə verilməsinin hansı zərurətdən doğduğunu izah etməli idi.

“Mercedes-Benz S 500” markalı avtomobilin qiyməti 300 min manatdan bahadır. Bu avtomobildən paytaxt Bakıda yüksək vəzifəli şəxslər istifadə edir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin məsul vəzifəli şəxslərinin xidməti istifadəsi üçün belə bahalı avtomobillər verilməyib. Məsələn, Milli Məclisin komitə sədrləri “Mercedes-Benz E 300” markalı xidməti avtomobildən istifadə edir. Bu zaman belə bir sual ortaya çıxır. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinə niyə belə bahalı maşın verilib? Belə bahalı avtomobil daimi nümayəndəliyin nəyinə lazımdır? Bax bu suallara cavab verilməlidir. Ali Məclis isə Vasif Talıbovsayağı demək istəyir ki, əcəb eləməşik, gedin işinizlə məşğul olun.

Bu dəfə Ali Məclisə açıq sual ünvanlayırıq. 70 AA 150 nömrəli həmin avtomobil Bakı şəhərinə göndərilərkən onun Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin xidməti istifadəsi üçün olduğu bildirilib. Belə çıxır ki, həmin avtomobil Fuad Nəcəflinin xidməti istifadəsi üçün göndərilib? O, bu avtomobildən istifadə edə bilərmi?

Əgər bu məlumat doğrudursa, o zaman hörmətli Fuad Nəcəfliyə bir neçə sualımız var.

Sizin statusunuzda olan heç bir vəzifəli şəxs Bakıda belə bahalı avtomobildən istifadə etmir. Siz özünüzü Prezidentin digər nümayəndələrindən, köməkçilərindən daha üstün hesab edirsiniz? Naxçıvanda yerli hakimiyyətin qanunsuz qərarlarının qarşısının alınmasına məsul, onlara nəzarət edən vəzifəli şəxs kimi özünüz qanunları pozanda nə düşünürsünüz?

Naxçıvanda çox ciddi problemlər var. Məhz sizin Naxçıvana rəhbərlik etdiyiniz dövrdə Hesablama Palatasının apardığı yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Məhz sizin rəhbərlik etdiyiniz komandanın bacarıqsızlığı ucbatından dövlət başçısı Naxçıvana ayrılmış 179 milyon manat vəsaiti geri qaytarıb. Məhz sizin dövrünüzdə Naxçıvanda 60 mindən çox iş yeri bağlanıb, əhalinin sosial vəziyyəti daha da ağırlaşıb. Bu problemlərin həlli istiqmətində hansı addımları atacaqsınız?
Naxçıvanlılar hesab edirdi ki, siz bu barədə düşünür, ölkə başçısının etimadını doğrultmaq üçün əlinizdən gələni etməyə çalışırsınız. Ancaq yuxarıda qeyd etdiyimiz məlumat doğrudursa, deməli, siz Naxçıvan barədə, ölkə rəhbərinin etimadını doğrultmaq barədə deyil, Bakıda bahalı avtomobildə gəzmək haqqında düşünürmüşsünüz. Əgər belə deyilsə, Prezidentin nümayəndəsi kimi, bu məsələyə müdaxilə edin, Ali Məclis sədrinin bahalı avtomobilinin niyə Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə verildiyini aydınlaşdırın və tədbir görün. Naxçıvan ictimaiyyəti sizdən əməli addımlar gözləyir. Bu məsələyə münasibətiniz sizin Naxçıvanı, yoxsa özünüzü düşündüyünüzü sübuta yetirəcək./azfakt.com/


Son xəbərlər

Bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - Rövzət Qasımov açıqladı

“Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab... - Və ya Fuad Nəcəfliyə bir neçə sual

"İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb

28 "Qremmi" mükafatı laureatı vəfat etdi

Simonyan Ermənistanın COP29-da iştirakından DANIŞDI

Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır

Bu regionalın müdiri "qaz vurub, qazan doldurur" - "Ölü canlar"dan danışırıq

DSMF universitetdən 1,3 milyon manata ofis icarəyə götürüb

Azərbaycan İranla birgə hərbi təlimlərə başlayır

Prezident və xanımı COP29-la bağlı yaradılan şəraitlə tanış olub

Başçı Goranboyda hər kəsi bezdirib... - AXI NİYƏ?..

DYP-dən COP29-la bağlı MÜRACİƏT

Tarixi məhkəmə – Xalqa müraciət

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)-VİDEO

Elektromobil almaq üçün iki əsas şərt - Nələrə diqqət edilməlidir?

İndoneziyada vulkan püskürdü - Ölənlər var

Bəzi rayonlara qar yağır

İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub

ÜST-dən vərəmlə bağlı xəbərdarlıq — Rekord yoluxma

Gerçəkləşən 7 tarixi PROQNOZ

Səfərbərlik xidmətinin əməkdaşları narkotestdən keçəcək? - Qurum 40 min test alır

İpoteka ilə ev almaq istəyənlər üçün sevindirici xəbər - VİDEO

Alman jurnalist Ukrayna ordusunun vəziyyəti barədə üzücü bəyanat verdi

Azərbaycanda 9 və daha çox uşaq olan ailələrin sayı açıqlandı

Bu su anbarının təmirinə 6,4 milyon manat xərclənəcək

Xərçəngin 9 erkən əlaməti

Dövlət Dəniz və Liman Agentliyi Agentliyi gəmilərə xəbərdarlıq etdi

8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?

Etibarnamə ilə avtomobil alanlar üçün MÜHÜM XƏBƏR

"Mənə dedilər ki, ya indi, ya da heç vaxt" - Ruben Amorim

Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

Bütün xəbərlər