Gündəm

8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?

Dövlət satınalmalarında fəal iştirak edən və iri məbləğli tenderlərin qalibi seçilən şirkətlərdən biri də "ZN Trade" MMC-dir.

"MUMtv.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, açıq mənbələrdə barəsində heç bir məlumat olmayan və yerli mediada müəmmalı şirkət kimi təqdim edilən "ZN Trade" MMC təkcə cari ildə 8 tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 24 556 359,17 manatdır.

Şirkət sonuncu dəfə Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin reabilitasiya vasitələri və yarımfabrikat protez mallarının satın alınması bağlı keçirdiyi tenderin qalibi seçilib. "ZN Trade" MMC-nin bu tender üzrə qiymət təklifi 649 107,23 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ZN Trade" MMC 09 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 3/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Kərimov Nüsrəddin Yolçu oğludur.

Nüsrəddin Kərimov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Araşdırmalarımız zamanı məlum olub ki, adıçəkilən şəxs şirkəti təmsil etsə də, sahibi deyil.

"ZN Trade" MMC-nin sahibi kimi olmasa da, himayədarı qismində iki məmurun adı çəkilir. Onlardan biri Naxçıvan MR-nin baş naziri Ceyhun Cəlilov, digər isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.

8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?

Ceyhun Cəlilov
Ceyhun Cəlilov Naxçıvan MR-in baş naziri vəzifəsinə təyinat almazdan əvvəl muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri olub. Mediada yer alan iddialara görə, məhz onun nazir olduğu dönəmdə "ZN Trade" MMC dövlət satınalmalarında iştirak etməyə başlayıb və 14 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 943 294 manat təşkil edib.

Şirkətin hazırda da Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi tenderlərin qalibi seçilməsi Ceyhun Cəlilov faktoru ilə izah edilir.

Anar Bayramova gəlincə, "ZN Trade" MMC ilə onun adının hallanması Protez-Ortopedik İstehsalat və Reablitasiya Mərkəzinin 12 milyonluq tenderində qalib gəlməsindən sonraya təsadüf edir.

8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?

Anar Bayramov
Ümumiyyətlə, "ZN Trade" MMC-nin qalib gəldiyi tenderlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən qurumların keçirdiyi satınalma müsabiqələrdir. Bütün bunlar "ZN Trade" MMC-nin heç də adi sahibkarlardan birinə məxsus olmadığına dair şübhələri artırır.


Son xəbərlər

Bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - Rövzət Qasımov açıqladı

“Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab... - Və ya Fuad Nəcəfliyə bir neçə sual

"İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb

28 "Qremmi" mükafatı laureatı vəfat etdi

Simonyan Ermənistanın COP29-da iştirakından DANIŞDI

Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır

Bu regionalın müdiri "qaz vurub, qazan doldurur" - "Ölü canlar"dan danışırıq

DSMF universitetdən 1,3 milyon manata ofis icarəyə götürüb

Azərbaycan İranla birgə hərbi təlimlərə başlayır

Prezident və xanımı COP29-la bağlı yaradılan şəraitlə tanış olub

Başçı Goranboyda hər kəsi bezdirib... - AXI NİYƏ?..

DYP-dən COP29-la bağlı MÜRACİƏT

Tarixi məhkəmə – Xalqa müraciət

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)-VİDEO

Elektromobil almaq üçün iki əsas şərt - Nələrə diqqət edilməlidir?

İndoneziyada vulkan püskürdü - Ölənlər var

Bəzi rayonlara qar yağır

İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub

ÜST-dən vərəmlə bağlı xəbərdarlıq — Rekord yoluxma

Gerçəkləşən 7 tarixi PROQNOZ

Səfərbərlik xidmətinin əməkdaşları narkotestdən keçəcək? - Qurum 40 min test alır

İpoteka ilə ev almaq istəyənlər üçün sevindirici xəbər - VİDEO

Alman jurnalist Ukrayna ordusunun vəziyyəti barədə üzücü bəyanat verdi

Azərbaycanda 9 və daha çox uşaq olan ailələrin sayı açıqlandı

Bu su anbarının təmirinə 6,4 milyon manat xərclənəcək

Xərçəngin 9 erkən əlaməti

Dövlət Dəniz və Liman Agentliyi Agentliyi gəmilərə xəbərdarlıq etdi

8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?

Etibarnamə ilə avtomobil alanlar üçün MÜHÜM XƏBƏR

"Mənə dedilər ki, ya indi, ya da heç vaxt" - Ruben Amorim

Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

Bütün xəbərlər