Gündəm

Etibarnamə ilə avtomobil alanlar üçün MÜHÜM XƏBƏR

Etibarnamə ilə avtomobil almaq Azərbaycanda alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu yol alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən riskləri də özü ilə gətirir. Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir, lakin hüquqi mülkiyyət tam şəkildə alıcıya keçmir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər.

Maraqlıdır, etibarnamə ilə avtomobil alanlar nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, etibarnamə ilə avtomobil alan şəxs faktiki olaraq avtomobilin sahibi sayılmır:

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan sahibi vəfat etdikdə, onun əvvəlcə verdiyi etibarnamə və ya baş etibarnamə avtomatik olaraq qüvvədən düşür. Bu halda, vəfat edən şəxsin miras hüququ çərçivəsində vərəsəlik prosesi başlanır və 6 ay tamamlandıqdan sonra vərəsəlik hüququ təsdiqlənir. Vərəsəlik sənədinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı ilkin olaraq vəfat edən şəxsin həyat yoldaşının adına keçirilir.

Əgər həyat yoldaşı yoxdursa, mülkiyyət hüququ həmin şəxsin övladlarına—oğlu və ya qızına keçir. Qeydiyyat prosesi başa çatdıqdan sonra bu şəxslər nəqliyyat vasitəsinə dair yeni etibarnamə verə və ya vasitənin mülkiyyət hüququnu alıcı adına rəsmiləşdirə bilərlər. Mütləq şəkildə altı ay tamam olmalıdır, həmin müddətdən sonra nəqliyyat vəsitəsi həyat yoldaşına və ya ailənin digər üzvlərinə verilir.

Hüquqşünas Şamil Paşayev bildirib ki, etibarnamə avtomobili istifadə və idarəetmə hüququ versə də, hüquqi mülkiyyət hüququ tam şəkildə alıcıya keçmir. Bu isə alıcının avtomobil üzərində tam hüquqa malik olmaması deməkdir, yəni avtomobilin əsl sahibi istədiyi zaman etibarnaməni ləğv edə və ya mülkiyyətin hüquqi aspektlərini dəyişdirə bilər:

“Nəzər almaq lazımdır ki, etibarnamə ilə alqı-satqı predmenti deyil. Etibarnamə şəxsin hüquqlarını digər şəxsə etibar etməsi ilə bağlı bir haldır. Etibarnamə ilə hansısa maşın və ya obyekt alınırsa, həmin şəxs vəfat etdikdə avtomobil kimin adınadırsa, onun vərəsələrinə düşür. Bunun “generalnı” və ya baş etibarnamə olmasının hər hansı bir əhəmiyyəti yoxdur. Şəxs öldükdən sonra etibarnamə hüquqi qüvvəsini itirir. Ölmüş adamın adına olan etibarnamə ilə də hərəkət etmək mümükün deyil”. (ajans.az)


Son xəbərlər

Bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - Rövzət Qasımov açıqladı

“Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab... - Və ya Fuad Nəcəfliyə bir neçə sual

"İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb

28 "Qremmi" mükafatı laureatı vəfat etdi

Simonyan Ermənistanın COP29-da iştirakından DANIŞDI

Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır

Bu regionalın müdiri "qaz vurub, qazan doldurur" - "Ölü canlar"dan danışırıq

DSMF universitetdən 1,3 milyon manata ofis icarəyə götürüb

Azərbaycan İranla birgə hərbi təlimlərə başlayır

Prezident və xanımı COP29-la bağlı yaradılan şəraitlə tanış olub

Başçı Goranboyda hər kəsi bezdirib... - AXI NİYƏ?..

DYP-dən COP29-la bağlı MÜRACİƏT

Tarixi məhkəmə – Xalqa müraciət

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)-VİDEO

Elektromobil almaq üçün iki əsas şərt - Nələrə diqqət edilməlidir?

İndoneziyada vulkan püskürdü - Ölənlər var

Bəzi rayonlara qar yağır

İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub

ÜST-dən vərəmlə bağlı xəbərdarlıq — Rekord yoluxma

Gerçəkləşən 7 tarixi PROQNOZ

Səfərbərlik xidmətinin əməkdaşları narkotestdən keçəcək? - Qurum 40 min test alır

İpoteka ilə ev almaq istəyənlər üçün sevindirici xəbər - VİDEO

Alman jurnalist Ukrayna ordusunun vəziyyəti barədə üzücü bəyanat verdi

Azərbaycanda 9 və daha çox uşaq olan ailələrin sayı açıqlandı

Bu su anbarının təmirinə 6,4 milyon manat xərclənəcək

Xərçəngin 9 erkən əlaməti

Dövlət Dəniz və Liman Agentliyi Agentliyi gəmilərə xəbərdarlıq etdi

8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?

Etibarnamə ilə avtomobil alanlar üçün MÜHÜM XƏBƏR

"Mənə dedilər ki, ya indi, ya da heç vaxt" - Ruben Amorim

Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

Bütün xəbərlər