Gündəm
Gündəm / Cəmiyyət
Bakıda yol təmir edildi - Maşın dayanan yerə asfalt vurulmadı
Sosial şəbəkələrdə yol təmiri zamanı kənarda park edilmiş avtomobilin olduğu yerə asfalt vurulmayıb.
MUMtv.az xəbər verir ki, həmin foto Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli MUMtv.az-a açıqlamasında təmir zamanı həmin avtomobilin sahibinin tapılmadığı üçün belə bir hadisənin baş verdiyini bildirib:
"AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı nəqliyyat vasitəsinə toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Artıq bu gün həmin problem aradan qaldırılacaq".