Gündəm

Bakıda rəis keçmiş işçisini kabinetində döydü – FOTO

MUMtv.az: - “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılov keçmiş mühasibini otağında döyüb.
Bu barədə hadisədə zərərçəkən Kamil Hüseynovun “qaynarinfo”ya müraciətində bildirilir. O bildirib ki, “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC yarandığı gündən orada ağır çəkili nəqliyyat vasitələrinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb:
“MMC-nin nəzdində olan Tərəzi Nəzarət Məntəqələrinin baş mütəxəssisi idim. İdarə rəhbərliyinin göstərişi ilə, bir neçə ay bundan əvvəl işə gəlmədiyim üçün ağır maddə ilə vəzifəmdən kənarlaşdırıldım”.
K.Hüseynov 9 ildir çalışdığı MMC-dən ağır maddə ilə qovulduğunu və keçmiş rəhbərliyin ondan 101 min manat vəsait tələb etdiyini iddia edib:
“Bu hadisə ilə bağlı MMC rəhbərliyindən bir sıra dövlət qurumlarına şikayət ünvanlamışam. Günahsız olduğumu bildirmişəm”.
K.Hüseynov dünən şikayəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Elman adlı vəzifəli şəxsinin qəbulunda olub:
“Elman müəllimin dəvəti ilə onun yanına getdim. Görüşdükdən sonra, Elman müəllimin razılığı ilə MMC-nin rəhbəri Səftər İsmayılovla da görüşdüm. Səftar İsmayılovun otağına daxil olan kimi üstümə hücum edib məni boğmağa başladı.
Ondan müxtəlif yerlərə şikayət etdiyimə görə üstümə qışqırdı, təhqir etdi və məni bir neçə vəzifəli şəxslə birlikdə orada döydülər. Qollarımı bağlayıb, otaqdan çıxmağa qoymadılar. Məni 50 dəqiqə otaqda saxladılar. Bundan sonra Elman müəllim də hadisə yerinə gəldi və baş verənlərə görə öz narazılığını bildirdi.
Sonra şikayət etməyim deyə mənə işə bərpa olunmağımla bağlı ərizə yazdırdılar. Otaqdan çıxmaq üçün ərizə yazmağa məcbur oldum. Ordan çıxan kimi Bakı Sağlamlıq Mərkəzinə getdim və rentgen olundum. Burnumu sındırıblar, bədənimin müxtəlif orqanlarını əziblər”.
K.Hüseynov artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng mərkəzi”nə şikayət etdiyini də deyib:
“Məhkəmə Tibbi Ekspertizaya getmişəm. Məni döyənlərin adlarını vermişəm. Araşdırmanın nəticələrini gözləyirəm. Onların məni təhqir etmələrinə dair səs yazılarını da saxlamışam”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, baş verən hadisədən xəbərsiz olduğunu və məsələ ilə bağlı araşdırma ediləcəyini deyib:
“Bu, elə bir hadisədir ki, baş veribsə, bunu ancaq hüquq-mühafizə orqanları araşdıra bilər. Yəni bu barədə nə deyə bilərəm? Bu haqda ilk dəfə sizdən eşidirəm”.//aktualxeber.az


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər