Hadisə

 
 
 
 
 
 
 

Bakıda arvadını döyməkdə ittiham olunan 1984-cü il təvəllüdlü Zaur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

MUMTV.az xəbər verir ki, Zaur Hüseynov 4 avqust 2018-ci il tarixdə, saat 18.30-da sərxoş vəziyyətdə Xətai rayonu Oksigen küçəsində yaşadığı 16 nömrəli fərdi yaşayış evinin qarşısına gəlib.

 

O, həmin ərazidə keçmiş arvadı Hafizə Cabbarovanın bədəninin müxtəlif yerlərinə təpik və yumruqları vurub. Sonra özündə olan bıçaqla arvadının bel nahiyəsinə xəsarət yetirib.

Daha sonra Zaur Hüseynov Rəsul Fərzəliyevə məxsus olan "Mercedes Benz 250 D" minik markalı avtomobilin arxa şüşəsinə daş parçası ilə vurub. Bu hərəkətləri ilə Rəsul Fərzəliyevə 220 manat maddi ziyan vurub. Məlum olub ki, Zaur Hüseynov həmin gün keçmiş arvadı ilə barışmaq istəyib. Amma qadın sərxoş vəziyyətdə olan əri ilə barışmaqdan imtina edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Avtomobil sahibinə dəymiş ziyan isə hadisə zamanı təsadüfən baş verib. Sərxoş olan Zaur Hüseynov yerdən götürdüyü daşı oradan dayanan avtomobilin şüşəsinə çırpıb.

İstintaq orqanı tərəfindən Zaur Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Xətai rayon Məhkəməsinin hökmü ilə Zaur Hüseynov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Zaur Hüseynov apelyasiya şikayəti verib. O barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Bu qərardan narazı qalan Zaur Hüseynov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevin sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayəti araşdırılıb, sonda qərar elan edilib.

Zaur Hüseynovun şikayəti təmin olunmayıb./Sonxeber.az


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər