Gündəm

Yol polisi katalizatora görə
MUMtv.az: - Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşlarının "Toyota Prius” markalı hibrid avtomobilləri katalizatorun olmadığını əsas gətirərək qeyri-qanuni olaraq cərimə meydançasına aparması ilə bağlı iddia yayılıb.
Yeniavaz.com-un xəbərinə görə, sosial şəbəkə istifadəçisi iddia edir ki, sürücülər, sözügedən səbəblə cərimə meydançasına aparılan avtomobillərini Baş Dövlət Yol Polisi İdarəsində 150 manat ödəməklə çıxara bilirlər:
"Prius”ları (Toyota) yolda saxlayırlar ki, "sür ustaya, yoxlayaq görək katalizator var, ya yox”. Sürücü də biraz xam olur, sürür ustanın yanına. Ustanın yanında serjant girir maşının altına və "otvertka” ilə katalizator olan yerə vurur, səs xoşuna gəlmədi, aha, demək ki, katalizator yoxdur, maşın (tam qeyri-qanuni) gedir "ştrafnoy”a”.
Sosial şəbəkə istifadəçisi bu haqda, sözügedən prosesi yaşamış bir şəxsə istinadən məlumat verdiyini bildirib və avtomobilini cərimə meydançasından götürməsi üçün həmin şəxsə Bakı şəhəri DYPİ tərəfindən verilən arayışın fotosunu təqdim edib:

Yol polisi katalizatora görə

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev Yeniavaz.com-a bildirib ki, katalizatorun olmaması inzibati xətadır və buna görə qanunla təyin olunmuş cərimənin miqdarı 150 manatdır:
"O iddia deyil. Elə faktlar var. "Toyota Prius”lardan katalizatorları çıxardırlar. Katalizatorun nəqliyyat vasitəsində olmamağı inzibati xətadır, texniki nasazlıq sayılır. Çünki katalizator filtir rolunu oynayır. 150 manat isə onun qanuni cəriməsidir. Katalizatorun olub-olmamasını anlamaq üçün ustaya getməyə ehtiyac yoxdur, bunu mühərriki işə salanda bilmək olur. Bunu sürücülərin özləri də etiraf edirlər”.
N. Piriyev bildirib ki, texniki nasazlığa görə nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilibsə, nasazlıq aradan qaldırılmamış buraxılmamalıdır.//dia.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər