Sosial

Sosial şəbəkədə yayılmış kadrlarla bağlı Yol Polisindən açıqlama - VİDEO

Bakıda sürücü maska taxmayan və əlcək geyməyən yol polisinə etiraz edib.

Mumtv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. 

Yol polisi avtomobili saxlayaraq, sürücüdən sənədlərini təqdim etməyi tələb edib. Sürücü isə polisin maska və əlcəkdən istifadə etməməsinə etiraz edərək, avtomobilin şüşəsini endirməkdən imtina edib:

"Mən bilmirəm, bəlkə sən xəstəsən? Vaqif Əsədov deyib ki, maska və əlçəkdən istifadə məcburidir”.

Polis əməkdaşı isə bunun məcburi olmadığını deyib.

Məsələ ilə bağlı Oxu.Az Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. O, belə bir açıqlama vermədiyini bildirib:

"Mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinin qərarına əsasən, bütün qurumlar, nazirliklər qabaqlayıcı tədbirləri daha da gücləndirib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi də əməkdaşlarına tövsiyə xarakterli müraciət edərək, tibbi maska və əlcəklərdən istifadə etmələrini xahiş edib. Burada heç bir məcburiyyət və rəsmi qərar yoxdur. Mən belə açıqlama verməmişəm. İdarə əməkdaşları da bütün yoxlamalardan keçib. Hər gün mütəmadi olaraq, idarədə dezinfeksiyaedici məhlullardan istifadə edilir. Necə ola bilər ki, xəstə əməkdaş iş başında olsun?

Həmin vətəndaş şəxsi mənafeyi xətrinə polisin fəaliyyətinə kölgə salmağa çalışıb. Bu, hazırlanmış "ssenaridir”. Ölkə ərazisində koronavirusla bağlı bu qədər ciddi vəziyyət davam edərkən, vətəndaşların məsələyə qeyri-ciddi yanaşması təəssüf doğurur. Yol polisinin fəaliyyətinə qarşı əsassız etiraz və təxribat xarakterli videonun çəkilməsi, sosial şəbəkədə paylaşılmasının nəyə xidmət etdiyini anlaya bilmirəm. Yəqin ki, həmin şəxs barəsində aidiyyəti orqanlar tərəfindən tədbir görüləcək”.

Bununla yanaşı, V.Əsədov yol polisi əməkdaşlarının nöqsanları barədə sosial şəbəkədə paylaşım edilməsini müsbət qiymətləndirib:

"Bəzən sosial şəbəkələrdə yol polisi əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirərkən yol verdiyi nöqsanlar ictimailəşdirilir. Təbii ki, əsaslı iddialar olan məqamlar tərəfimizdən araşdırılır və problemlər aradan qaldırılır. Lakin bu cür əsassız iddialarla yol polisinin fəaliyyəti ilə bağlı paylaşım edilməsi yolverilməzdir”.

 

 

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər