Gündəm

Xaçmazda "TAXT-TAC OYUNLARI"...

MUMtv.az: - Bəli... Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... Sən demə, Xaçmaz sakinlərinin xəbəri yox imiş ki onlar öz icra başçılarına necə min könüldən bir könülə aşiq olubmuşlar...

Olsun arada şikayətlər də olub... Düzdür bu şikayətlər haqlı da olub... Doğrudur, bu şikayətlər günbəgün artır... Amma olsun...

Əsas odur ki, Xaçmaz camaatı rayonun icra başçısı Elnur Rzayev cənablarına sidqi-ürəkdən bağlıdırlar...

Nə isə... İndi isə keçək mətləbə...

***

"DİA-AZ" bildirir ki, bu ilin oktyabr ayının 31-i tarixində vəzifə başında 5-ci ildönümünü keçirən Elnur Rzayevin Xaçmaza necə rəhbər olmasını müəyyənləşdirmək üçün yerli sakinlər sosial şəbəkələrdə sorğu keçirmək istəsələr də... bu baş tutmayıb.

Xaçmazda "TAXT-TAC OYUNLARI"...

Əslində baş tutmuş kimi görünür... Lakin diqqətlə müşahidə etdikdə aydın olur ki, "yuxarıları" aldatmağa vərdiş etmiş Elnur Rzayev cənabları özü barəsində sosial rəydə də saxta təəssürat formalaşdırmağa daha çox maraq göstərir, nəinki narazılıqlara səbəb olan amilləri aradan qaldırmağa...

Buna görədir ki, sıravi vətəndaşların başlatdığı sorğu, heç şübhəsiz ki başçının şəxsi göstərişi ilə TROL HÜCUMUNA məriz qalıb. Nəticədə, "ALLAH ELNUR MÜƏLLİMİN CANINI SAĞ ELƏSİN" ovqatlı yalanmı qənaətlər sorğunun ciddiliyini əməllicə şübhəyə alıb...

***

Əslində belə bir sorğuya ehtiyac da yoxdur. Elə Elnur Rzayevin adını axtarış verib sosial şəbəkələrdə rəy öyrənməyə çalışsanız onun yaratdığı eybəcərlikləri görmək mümkündür. Bunu elə "yuxarıda" oturanlar da yaxşı görür. Onlar hətta Elnur Rzayevin TROL XİDMƏTİ hesabına yaratdığı saxta təəssüratdan da xəbərdardırlar. Sadəcə olaraq...

Hər şeyin öz vaxtı var...


Son xəbərlər

Azərbaycandan Avropaya qaz ixracatı artıb

İcra başçısının qardaşına yeni vəzifə verildi - FOTO

"İrəvan Bakıya sülh müqaviləsinə görə təkliflər paketi göndərib" - Ermənistan XİN

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirildi

Xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb

Qış aylarında immuniteti gücləndirən 6 qida

Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO

Xaçmazda "TAXT-TAC OYUNLARI"...

DİN 70 vakansiya elan etdi - VİDEO

Yuxusuzluqla necə mübarizə aparmaq olar?

Bu ərazilərdə qaz OLMAYACAQ

Bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - Rövzət Qasımov açıqladı

“Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab... - Və ya Fuad Nəcəfliyə bir neçə sual

"İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb

28 "Qremmi" mükafatı laureatı vəfat etdi

Simonyan Ermənistanın COP29-da iştirakından DANIŞDI

Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır

Bu regionalın müdiri "qaz vurub, qazan doldurur" - "Ölü canlar"dan danışırıq

DSMF universitetdən 1,3 milyon manata ofis icarəyə götürüb

Azərbaycan İranla birgə hərbi təlimlərə başlayır

Prezident və xanımı COP29-la bağlı yaradılan şəraitlə tanış olub

Başçı Goranboyda hər kəsi bezdirib... - AXI NİYƏ?..

DYP-dən COP29-la bağlı MÜRACİƏT

Tarixi məhkəmə – Xalqa müraciət

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)-VİDEO

Elektromobil almaq üçün iki əsas şərt - Nələrə diqqət edilməlidir?

İndoneziyada vulkan püskürdü - Ölənlər var

Bəzi rayonlara qar yağır

İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub

ÜST-dən vərəmlə bağlı xəbərdarlıq — Rekord yoluxma

Gerçəkləşən 7 tarixi PROQNOZ

Bütün xəbərlər