Gündəm

 Rövşən Rzayevlə bağlı ilginc iddia… – Restoran biznesi var imiş…
Bir neçə gün əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə məxsus, Bakının mərkəzində yerləşən KABABZADA restoranı barədə yazmışdıq.

Daha doğrusu, dilimizə yad olan belə əcaib adları tənqid etmişdik. Heç cənab komitə sədrinin biznes fəaliyyətinin ölkə qanunları ilə qadağan olunduğunu qeyd etməmişdik. Sən demə, cənab Rövşən Rzayev əməlli-başlı restoranlar kralı imiş. Bəli, son günlər mediada yayılan məlumatlardan bəlli olur ki, cənab Rzayevin Almaniyadarestoran biznesi var. Bəli, Berlində "Karabakh” ("Qarabağ”) və Kölndə "Old Baku” ("Qədim Bakı”) restoranları hər iki dövlət məmuruna məxsusdur.

Ortaya xeyli suallar çıxır. Görəsən Azərbaycan qanunlarında dövlət məmurunun kommersiya, biznes fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi Rövşən Rzayevə aid deyilmi? Bəlkə, Rövşən Rzayev göydən gəlib, bəlkə Həsənağanın qohumudur? Ötən dəfəki yazımız (Rövşən Rzayev "xiyar sezonun”da əmək fəaliyyətinə başlayıb” ) cənab komitə sədrinin "çestinə” toxunub. Cənab komitə sədri! Biz sizdən soruşmuşduq ki, ali məktəbə daxil olanadək, yəni 2 il harada olmusunuz ? Bu tərcümeyi-halınızda niyə öz əksini tapmır ?

Bəlkə dövlət sirridir ? Cənab Rzayev ! Biz bir media olaraq sizdən soruşmuşduq ki, heç bir ali və orta təhsiliniz olmadığı halda Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə necə və neçənci ildən işləmisiniz ? Bəlkə xiyar sezonunda ? Bunu tərcümeyi halınızda niyə yazmırsınız ? Bu haqlı sualların nəyi xoşunuza gəlməyib, cənab Rzayev ? Əgər yazdığımız məqalələrdə sizi nəsə qane etmirdisə, sivil dünyada olduğu kimi öz mövqeynizi, təkzibinizi göndərə bilərdiniz. Amma siz qeyri-sivil yola əl atıb sayta xaker hücumları təşkil edirsiniz. Siz buna görə məsuliyyət daşıyırsınız. Siz medianı başqa sahələrlə səhv salmayın. Burada İŞİD metodları keçmir. Ulu Öndərimizin bir sözünü unutmayın: ” Media ilə dost olun, dost ola bilmirsinizsə, çalışın düşmən olmayın”.
//gundelik-baku.com//

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər