Gündəm

1 manatlıq şirkət iki rayonda yolları təmir edir - Cəlilabadla Astarada tender oyunu

"Elnur-2" İstehsalat Kommersiya Şirkəti Astara Rayon İcra Hakimiyyətinin və Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyinin keçirdiyi tenderlərin qalibi seçilib.

"MUMtv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, hər iki qurumun keçirdiyi tender yolların əsaslı təmiri ilə bağlı olub.

Astaranın yollarının təmiri 517 483,93 manata, Cəlilabadın yollarının təmiri isə 419 674,79 manata başa gələcək.

"Elnur-2" şirkəti bir neçə gün əvvəl də Astara Rayon İcra Hakimiyyətinin yolların təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 186 105,66 manatdır.

Bundan başqa, şirkət 2023 və 2022-ci illərdə də Astara Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderlərin də qalibi olub. Bu tenderlər üzrə satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 1 061 907 manatdır.

Beləliklə, aydın olur ki, Astaranın yollarını hər il "Elnur-2" şirkəti təmir edir.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildən bu vəzifədədir.

Dövlət satınalmalarının vahid elektron portalındakı elanlardan aydın olur ki, "Elnur-2" şirkəti vaxtaşırı Cəlibabad Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi seçilir. Adətən bu tenderlər yolların təmiri ilə bağlı keçirilir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.

Bir qədər də "Elnur-2" şirkəti haqqında: Bu şirkət 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. "Elnur-2" İstehsalat Kommersiya Şirkətinin adicə veb-səhifəsinə də rast gəlinmir. Belə bir şirkətin iki rayonda yolları təmir etmək gücündə olduğu inandırıcı görünmür.

Şirkətin qanuni təmsilçisi Zaur Abıyevə gəlincə, onun adı "MTN işi"ndə zərərçəkmiş qismində keçir. Zaur Abıyevin ifadələrindən məlum olur ki, o, "Texnikabank"dan 620 000 manat kredit götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılaraq nazirliyə gətirilib. Oranın bir müddət "qonağı" olan Zaur Abıyev sərbəst buraxılarkən kredit götürdüyü pulun üzərindən 200 000 manatın əskik olduğunu görüb.


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər