Gündəm

Elnur Rzayev qohumunu hələ ki həbsdən yayındıra bilir… – TƏFƏRRÜAT

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-nun) Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Famil Nəsibov ötən il rüşvət ittihamıyla həbs olunsa da, sonradan ev dustaqlığına buraxılıb.

"MUMtv.az" Dia-az.info-ya istinadən xəbər verir ki, bu işə baxan Gəncə Ağır Cinayətlər Məhkəməsi professoru tələbələrdən dəfələrlə rüşvət almaqda təqsirli saysa da, ona şərti cəza kəsib. Narazı qalan prokurorluq hökmdən apellyasiya protesti verib.

2019-cu ildə dekan olan F.Nəsibov 2020-ci ilin dekabrında prezidentin sərəncamıyla “Tərəqqi” medalına layiq görülüb.

Onun haqqında cinayət işində 20-dən çox tələbədən müxtəlif işlərdən ötrü rüşvət alınmasından söhbət gedir. İttihama görə, tələbələr dərsə gəlməyib, amma semestrin sonunda davamiyyətlə bağlı problemi, eləcə də imtahanlardan keçmək məsələsini dekanın yardımıyla çözüblər. Bundan ötrü alınan məbləğlər standart olmayıb – 200 manatdan 1500 manatadək pul verildiyi iddia edilir.

Üstəlik, 64 yaşlı professor 300 manata tələbəni kurs nümayəndəsi təyin etməkdə, “Baytarlığın inkişaf tarixi”, “Anatomiya” və başqa fənlərin hər birindən ötrü 150 manat alıb, tələbələri imtahandan keçirməkdə suçlanır.

F.Nəsibov özünü təqsirli bilərək, məhkəmədə əməlindən çox peşman olduğunu bildirib. Ancaq uzun illər elm sahəsində çalışmasını, onkoloji xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq, həbs edilməməsini, alternativ cəza verilməsini istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsilə təqsirli bilib. Bu maddədə 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

F.Nəsibova 4 ili sınaq müddəti olmaqla, 8 il şərti cəza verilib. Hökmdə də göstərilib ki, peşmanlığı, yaşı, elmlər doktoru olması, “Tərəqqi” medalı, onkoloji xəstəliyi və s. diqqətə alınaraq, ona şərti cəza kəsilir.

Prokuror buna etirazını bildirib və rüşvətin ictimai təhlükəli cinayət sayıldığını vurğulayaraq, F.Nəsibova qanunda nəzərdə tutulduğu kimi, azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Rüşvətdə ittiham edilən elmlər doktorunun işinə bugünlərdə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Onun haqqında hökm dəyişib, amma bu məhkəmə də onu həbs yerinə göndərməyib. F.Nəsibovun haqqında 8 il şərti cəza olduğu kimi saxlansa da, 4 illik sınaq müddəti 5 ilə yüksəldilib.

Dia-az.info bildirir ki, rüşvətdə ittiham edilən keçmiş dekan Xaçmaz rayonunun icra başçısı Elnur Rzayevin qohumudur. Onlar dayıoğlu-bibioğludurlar.

İcra başçısının qardaşı Bayandur Rzayev də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisidir.

Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər