Gündəm

Buna nə ad vermək olar ? -  Xaçmazda  ekologiyanın  qatı düşmənləri  beləcə  "pul qırır"  // VİDEO

MUMtv.az: - Ölkə ərazisində ekologiyaya qarşı qatı düşmənçilik nəinki davam edir, hətta demək olar ki, getdikcə daha da genişlənir. Buna səbəb isə aidiyyatı qurumların müxtəlif ərazilər üzrə səlahiyyətli əməkdaşlarının laqeydliyi, təbiətə qarşı biganəliyidir.

İndi elə bir dövrdür ki, kimsə şəxsi həyətində odun qıranda, bel ilə yer qazdıqda belə ərazi üzrə sahə müvəkkili, İcra nümayəndəsi, Bələdiyyə sədri və sair hamısı tək-tək xəbərdar olur, o ki, qaldı o boyda qazıntı işləri gedə, o qədər meşə zolağı məhv edilə, yerində təsərrüfat işləri aparıla...

"Kənd təsərrüfatı təyinatlı torpaqlar aidiyyatı qurumların ərazi üzrə səlahiyyətli nümayəndələrinin gözü baxa-baxa qazılıb, Bakı-Quba yoluna (yəqin, bunun üçün də büdcədən filan qədər pul silinir) daşınır".



Bu barədə "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Xaçmaz rayon Çılğır kənd sakini İlyas Ramazanov canlı efirdə bildirib.

Onun sözlərinə görə, "kəndin ərazisindən keçən çayın kənarları xırda çay daşları çıxarmaq üçün qazılıb, ətrafı genişləndirilib, eyni zamanda axın istiqaməti də dəyişdirilib. Bundan əlavə kənd təsərrüfatı təyinatlı xeyli torpaq sahəsi də qazılıb, torpağı Bakı-Quba yolunun inşasında istifadə olunması üçün daşınır.



Kəndin ərazisindəki meşə zolağı isə tamamilə məhv edilib - ağaclar texnikalar vasitəsilə kəsilib, ərazidən daşınıb. Həmin meşə zolağının yeri də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi istifadə edilir."

Vətəndaş bildirir ki, bütün bunlar barəsində aidiyyatı qurumlara dəfələrlə məlumat verilsə də sözügedən proseslərin gedişatında heç nə dəyişməyib. Heçolmasa, ən azından ləngimə belə olmayıb.

İlyas Ramazanovun sözlərinə görə Cavidan Məmmədov adlı hazırkı Çılğır kənd İcra nümayəndəsinin ona borcu var.
Yeri gəlmişkən, borcun yaranmasının da maraqlı tarixçəsi var. Belə ki, Cavidan Məmmədov 20 il kənddə bələdiyyə sədri olub. Və həmin dövrlərdə torpaq satdığı şəxslərdən biri də İlyas Ramazanovdur. Şəxsin sözlərinə görə alqı-satqı zamanı aralarında müəyyən məbləğdə borc yaranıb və illərdir ki, İlyas Ramazanov həmin borcunu Cavidan Məmmədovdan geri ala bilmir.

Deyir, "Cavidan bir müddətdir ki, bələdiyyə sədri vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə təyin edilən bələdiyyə sədri barəsində isə araşdırmalar aparılıb, işində yol verdiyi nöqsanlara görə məsuliyyətə cəlb olunub. Hazırda ayağında elektron izləmə cihazı daşıyır və artıq, tutduğu vəzifəsindən də azad edilib. Maraqlıdır ki, Cavidan Məmmədov kənddə indi həm bələdiyyə sədrinin işlərini müvəqqəti icra edir, həm də öz işini (Çılğır kənd İcra nümayəndəsi vəzifəsini) icra edir."

Maraqlıdır ki, kənddə iki rəhbər vəzifəni eyni vaxtda idarə edən bu "od parçası" işgüzar adam barəsində nəinki heç bir araşdırma aparılır, hələ üstəlik digər rəhbər vəzifənin də icrası ona tapşırılır.

Vətəndaş bildirir ki, bununla bağlı o İcra Hakimiyyəti başçısı Elnur Rzayev da qəbulunda olub, bütün məlumatları verib. Elnur Rzayev də bir çox icra başçıları kimi onu dinləyib, aidiyyatı şəxslərə bununla bağlı elə vətəndaşın yanındaca lazımi tapşırıqlar verib və.....

"Və" dən sonrasını bir neçə müddətdir gözləyən vətəndaş Ramazanov deyəsən hələ çox gözləyəcək, çünki ortada bir nəticə yoxdur.
Qısa müddətdə bələdiyyə sədri olmuş şəxs barəsində araşdırma aparıb, nöqsanlar aşkar edib, onu məsuliyyətə cəlb edən orqanların 20 il kənddə bələdiyyə sədri işləyib, kifayət qədər torpaq sahəsini satmış, bu gün də icra nümayəndəsi olaraq, kəndin ərazisində aparılan "qanunsuzluqlar"ı (vətəndaşın iddiasına görə) "göz yuman" şəxs barəsində bu istiqamətdə heç bir addım atmaması özü də adamda şübhəli suallar yaradır. Həmçinin, metroda, marşrut avtobuslarında "məhv etmə, qoru" şüarları ilə gözümüzü boyayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə nümayəndəsi Adil müəllim niyə susdu meşə zolağının məhv edilməsinə, çay kənarlarının bərbad hala salınmasına?



Nə suallar bitir, nə sualları yaradan şübhələr, nə də şübhələri yaradan əməllər...

Odur ki, daha ətraflı əlavə məlumatlarla mövzuya yenidən qayıdacağıq.

P.S: Qeyd edək ki, mövqe ğyrənmək məqsədilə ETSN-nin sözçüsü İradə xanım İbrahimovaya zəng etdik, lakin xanım dəstəyi qaldırmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər