Gündəm

Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı nə qərar veriləcək?–Məhkəmə

“Yük Taksisi.Az” (166 daşıma xidməti)MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. Şirkət ilə bağlə növbəti cərimə protokolu tərtib edilib.

"MUMtv.az" xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Yüz Taksisi.Az” ilə bağlı işə Yasamal rayon məhkəməsində baxılır. Proses 18 noyabr tarixinə təyin edilib. İşə hakim Orxan Məmmədli sədrlik edir.
Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.

Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Yük Taksisi.Az” MMC 2013-cü ildən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. A.Zeynalov həmçinin “Evakuator.Az” MMC-nin də direktorudur.
Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo.az


Son xəbərlər

Baş nazir bu nizamnaməni təsdiq etdi

Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Ermənistana müraciət edir

Körpəlikdə oynanan oyunların faydaları nələrdir?

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə iş günlərində 6 reys LƏĞV OLUNUR

Ölkənin əsas DANA ƏTİ inhisarçısını KİM(LƏR) HİMAYƏ EDİR? - İLGİNC İDDİALAR

Rüfət Quliyev: "İnsanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur"

Məşhur iranlı həkimin Azərbaycandan çıxışına qadağa qoyula bilər

“Çingiz Aytmatov” ordeni ilk dəfə İlham Əliyevə təqdim edildi

Aqrar Universitet Türkiyədən olan onlarla müəllimə yüzminlərlə vəsait ödəyir — TAM SİYAHI

“ResŞOK: Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı

Aİ III Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etdi

Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı nə qərar veriləcək?–Məhkəmə

“Mining Review Afrika” nəşrində “AzerGold” QSC-nin “Ortakənd” layihəsi ilə bağlı geniş məqalə dərc olunub

Quba İH “xərcə düşüb” – Səbəb

Demarkasiya prosesi Naxçıvan sərhədlərini də əhatə edəcək - AÇIQLAMA

Evlilik depressiya riskini azaldır - Alimlərdən maraqlı araşdırma

İlham Əliyev Qırğızıstana getdi

Azərbaycandan Avropaya qaz ixracatı artıb

İcra başçısının qardaşına yeni vəzifə verildi - FOTO

"İrəvan Bakıya sülh müqaviləsinə görə təkliflər paketi göndərib" - Ermənistan XİN

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirildi

Xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb

Qış aylarında immuniteti gücləndirən 6 qida

Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO

Xaçmazda "TAXT-TAC OYUNLARI"...

DİN 70 vakansiya elan etdi - VİDEO

Yuxusuzluqla necə mübarizə aparmaq olar?

Bu ərazilərdə qaz OLMAYACAQ

Bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - Rövzət Qasımov açıqladı

“Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab... - Və ya Fuad Nəcəfliyə bir neçə sual

"İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb

Bütün xəbərlər