Gündəm
Gündəm / Siyasət
Kərkidə də Azərbaycan postu olacaq - Şahnazaryan
Yaxın zamanlarda Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi başlayacaq. Proses uzun sürməyəcək və nəticədə Gorus-Qafan marşrutu ilə analoji olaraq Azərbaycan sərhəd və gömrük məntəqələri Kərki və Əskipara kəndlərindəki məntəqələrdə də peyda olacaq.
"MUMtv.az" Hurriyyet.az-a xəbər verir, bu fikirləri Ermənistanın keçmiş MTŞ rəhbəri David Şahnazaryan bölüşüb.
“Türkiyə və Azərbaycanın irəli sürdüyü şərtləri faktiki olaraq Ermənistan hakimiyyəti qəbul edib. Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul etməsi, Osmanlı imperiyasında “erməni soyqırımı”nın beynəlxalq aləm tərəfindən tanınması prosesindən imtina edilməsidir. Ermənistan hakimiyyəti bütün bu şərtləri operativ şəkildə yerinə yetirməyə çalışacaq”, - deyə o qeyd edib.