Gündəm

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş rayonundakı postlarını tərk edəcəklər.

"MUMtv.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Rusiya sərhədçiləri Tavuşda fərqli vəziyyətdə yerləşdiriliblər, lakin indi vəziyyət xeyli dəyişib və bu, bütün istiqamətlərdə əks olunmalıdır.

"Bu o deməkdir ki, bizim cəbhə xətti yox, sərhədimiz var və sərhəd sülhün simvoludur. Həm də bu o deməkdir ki, Ermənistan və Azərbaycanın sərhədçiləri bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla onun mühafizəsini təmin edəcəklər", deyə Paşinyan bildirib.

Baş nazir hesab edir ki, tez bir zamanda erməni sərhədçilərini Tavuş bölgəsinə yerləşdirmək lazımdır:

"Biz bu prosesi mümkün qədər tez həyata keçirməliyik və mən bunu istisna etmirəm ki, yollarda "Ermənistan Respublikası" və "Azərbaycan Respublikası" işarələri görünəcək".

Qeyd edək ki, 2021-ci ilin avqustunda Rusiya sərhədçiləri Voskepar sərhəd icmasında yerləşdirilib.

Qeyd edək ki, Bakı ilə İrəvan arasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb. Bu barədə Azərbaycan və Ermənistan baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər