Gündəm

“Mining Review Afrika” nəşrində “AzerGold” QSC-nin “Ortakənd” layihəsi ilə bağlı geniş məqalə dərc olunub

Cənubi Afrika Respublikasının dağ-mədən sahəsi üzrə ixtisaslaşmış nüfuzlu “Mining Review Afrika” nəşrinin onlayn resursu – “miningreview.com” veb-səhifəsində “AzerGold” QSC-nin “Ortakənd” qızıl mədəni layihəsi ilə bağlı geniş məqalə dərc olunub.

“AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Coğrafi informasiya sistemləri sektorunun müdiri Ələsgər Məmmədovun müəllifi olduğu məqalədə 2018-ci ildə “AzerGold” QSC-nin geoloqları tərəfindən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həyata keçirilən geoloji axtarış işləri nəticəsində kəşf olunan “Ortakənd” qızıl yatağının geoloji tədqiqi çərçivəsində kəşfiyyat, geoloji modelləşdirmə, resursların qiymətləndirilməsi, mədən dizaynı və optimallaşdırılması üçün qabaqcıl alətlər təklif edən proqram həllindən istifadə edildiyi qeyd olunub. Vurğulanıb ki, dağ-mədən sahəsində innnovativ texnologiyalardan geniş istifadə edən “AzerGold” QSC-nin geoloji tədqiqatlarda tətbiq etdiyi proqram təminatı daha qısa müddət ərzində kəşfiyyat nəticələrinin əldə edilməsinə imkan verir.

Məqalədə “Ortakənd” qızıl yatağının istismarına hazırlıq işləri barədə də məlumat verilib, qarşıdakı illərdə açıq karxana üsulu ilə hasilat işlərinə başlanılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

"MUMtv.az" xatırladır ki, “Ortakənd” qızıl yatağı Naxçıvan Muxtar Respublikasında istismara verilməsi nəzərdə tutulan ilk qızıl yatağıdır. Yatağın yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb. Hazırda aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi, səmərəli hasilat və emal texnologiyasının müəyyənləşdirilməsi, həmçinin yatağın çıxarılabilən və satılabilən metal həcmlərinin hesablanması istiqamətində işlər davam etdirilir.

Yatağın istifadəyə verilməsi bölgədə iqtisadi aktivliyin artırılması, sosial inkişafa, yeni iş yerlərinin yaradılmasına mühüm töhfələrini verəcək.

Qeyd edək ki, “Mining Review Afrika” jurnalı və veb-səhifəsi Afrikanın mədənçıxarma sənayesinə dair xəbərlər, elmi araşdırmalar və məlumat mübadiləsi platformasıdır. Jurnal mədən sənayesi üzrə nüfuzlu şirkətlərin rəhbər şəxsləri də daxil olmaqla, 50 mindən çox oxucu auditoriyasına malikdir.

Sözügedən məqalə ilə tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz: Miningreview.com

Son xəbərlər

Rövnəq Abdullayevin kürəkəninə məxsus sığorta şirkəti 213 min manatlıq tenderin qalibi oldu

Azərbaycanda bu həkimlər rüşvətlə "cərrah" olublar? — Tanınmış teleaparıcı SENSASSİON SİYAHI YAYDI

Bu da Malik müəllimin COB29 TƏDARÜKÜ: SƏN AĞACI HARA ƏKƏCƏKSƏN AXI?.. - İcazə verin şübhələnək...

Dövlət büdcəsini "professional" şəkildə dağıdırlar... "Qurumların səhvləri araşdırılmalıdır" - Video

Baş nazir bu nizamnaməni təsdiq etdi

Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Ermənistana müraciət edir

Körpəlikdə oynanan oyunların faydaları nələrdir?

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə iş günlərində 6 reys LƏĞV OLUNUR

Ölkənin əsas DANA ƏTİ inhisarçısını KİM(LƏR) HİMAYƏ EDİR? - İLGİNC İDDİALAR

Rüfət Quliyev: "İnsanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur"

Məşhur iranlı həkimin Azərbaycandan çıxışına qadağa qoyula bilər

“Çingiz Aytmatov” ordeni ilk dəfə İlham Əliyevə təqdim edildi

Aqrar Universitet Türkiyədən olan onlarla müəllimə yüzminlərlə vəsait ödəyir — TAM SİYAHI

“ResŞOK: Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı

Aİ III Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etdi

Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı nə qərar veriləcək?–Məhkəmə

“Mining Review Afrika” nəşrində “AzerGold” QSC-nin “Ortakənd” layihəsi ilə bağlı geniş məqalə dərc olunub

Quba İH “xərcə düşüb” – Səbəb

Demarkasiya prosesi Naxçıvan sərhədlərini də əhatə edəcək - AÇIQLAMA

Evlilik depressiya riskini azaldır - Alimlərdən maraqlı araşdırma

İlham Əliyev Qırğızıstana getdi

Azərbaycandan Avropaya qaz ixracatı artıb

İcra başçısının qardaşına yeni vəzifə verildi - FOTO

"İrəvan Bakıya sülh müqaviləsinə görə təkliflər paketi göndərib" - Ermənistan XİN

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirildi

Xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb

Qış aylarında immuniteti gücləndirən 6 qida

Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO

Xaçmazda "TAXT-TAC OYUNLARI"...

DİN 70 vakansiya elan etdi - VİDEO

Yuxusuzluqla necə mübarizə aparmaq olar?

Bu ərazilərdə qaz OLMAYACAQ

Bütün xəbərlər